Sosial şəbəkələrdə yayımla

Bakıda ilk Rəqəmsal Marketinq Konfransı keçiriləcək!

 Konfrans haqqında:
Ölkənin ilk rəqəmsal marketinq konfransı biznes layihə olmayıb ölkədə biznes və marketinq mühitinin yaxşılaşdırılması və təbliğinə yönəlmişdir. Rəqəmsal Marketinq Konfransı, Marketing AİR məzunları tərəfindən, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə dəstəyi ilə 31 Oktyabr ADA universitetinin böyük zalında keçiriləcək. Tədbir 09:00 başlayıb, 19:00-da yekunlaşacaq. 
Kimlər çıxış edəcək və nədən danışılacaq?
 Rəqəmsal Marketinq Konfransında 20 nəfərə yaxın yerli mütəxəssis Mobil Marketinq, Sosial Media Marketinqi və Rəqəmsal Strategiya panellərində öz təcrübələrini paylaşacaq. Spikerlər Azərfon, Millikart, Digitalbrand, Avtostop, JİS, New Media, McCann, Digital Marketing İnstitute - Azerbaijan, TİMWE, Hajizadeh group, 28cinema, PR laboratoriyası, İmpler və digər rəqəmsal marketinq sahəsində aktiv şirkətlərin və agentliklərin nümayəndələridir. Spikerlər: http://goo.gl/y2SnGq
 
 
 
Konfransda təcrübənizə əlavə edəcəksiniz:
1.     Addım-addım Rəqəmsal strategiyanın qurulması
2.     Sosial media-dan düzgün istifadə, rəqəmsal kommunikasiya və etiket
3.     Rəqəmsal agentliyə verilən tapşırığın səlis yazılması və prosesin idarə edilməsi
4.     Qiymətləndirmə və təhlil üçün effektivliyin ölçülməsidə istifadə olunan alətlər
5.     Social CRM əhəmiyyəti
6.     Saytların mobil versiyası kim üçün lazımdır və mobil versiyada reklam nə dərəcədə effektivdir?
7.     Mobil tətbiq yaratmaq vacibdirmi? 
 
Kim iştirak edə bilər?
"DMC"də marketinq sahəsində çalışan, rəqəmsal marketinqə dair müzakirələrə qatılmaq, yeni imkanları öyrənmək istəyən hər kəs iştirak edə bilər. 
 
 Biletləri haradan ala bilərsiniz?
Biletləri Facemark ofisindən və Facebook.com/dmcbaku.az səhifəsindən sifariş edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti nahar daxil olmaqla 25 AZN-dir.

Baxılıb: 3643

Şərhlər