Sosial şəbəkələrdə yayımla

Bakıda yeni Toyota LAND CRIUSER 200 təqdim olundu

Bakıda yeni Toyota LAND CRIUSER 200 avtomobilinin təqdimatı keçirilib.
Toyota Center Baku-dan verilən məlumata görə, bu avtomobil səkkiz silindrli benzin yaxud da dizel mühərriki ilə təchiz olunur.

Onu 4WD sistemi və etibarlı çərçivə tamamlayır. Bundan əlavə LC həmçinin yüksək intellekt deməkdir: yeni texnologiyalar arasında ABS sistemi var. Adi funksiyalara palçıq, qum və daş olan yollarda hərəkətin şərtlərini müəyyənləşdirən ABS sistemi əlavə olunur. Bu sistem həmçinin avtomatik olaraq optimal tormozlamanı təmin edir.

Yeni LC 200 eyni zamanda aşağı sürətdə asfalt örtüyü olmayan yollarda avtomobilin idarəedilməsi sisteminə malikdir. Gücün və intellektin birliyinin nəticəsi- LC 200-ün istənilən yollarda inanılmaz idarəetmə imkanına malik olmasıdır.

Baxılıb: 4588

Şərhlər