Sosial şəbəkələrdə yayımla

Bakıya yeni bir bank gəlir

Milli Bank "Kommersbank"ın müraciətinə baxır və yaxın bir neçə ay ərzində, banka nümayəndəlik açmaq üçün lisenziya verilə bilər.
Bu ilin sonuna kimi, Almaniya "Kommersbank"ının Azərbaycanda nümayəndəliyi açıla bilər. Bu barədə Milli Bankının idarə heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.
Onun sözlərinə görə, indi Milli Bank Kommersbankın müraciətinə baxır və yaxın bir neçə ay ərzində, banka nümayəndəlik açmaq üçün lisenziya verilə bilər. Rüfət Aslanlı əlavə edib ki, alman bankından başqa Birləşmiş Ştatların "Sitibank"ı bu ilin sonuna Bakıda öz nümayəndəliyini açmaq istəyir. /ANS TV/

Baxılıb: 4795

Şərhlər