Sosial şəbəkələrdə yayımla

Bakcell qiymətlərini növbəti dəfə endirdi

“Baksell Ltd” MMC öz abunəçilərini faydalı yeniliklərlə sevindirməkdə davam edir.

Şirkət Cin Kart və Klass abunəçilərinin ixtiyarına yeni şəbəkədaxili tarif təqdim etdi. Bir noyabr 2007-ci il tarixindən başlayaraq Cin Kart abunəçiləri hər 2 kontura 3 saniyə danışa biləcəklər, yəni istənilən Bakcell abunəçisinə edilən zəngin hər üçüncü saniyəsi pulsuzdur.

Klass abunəçiləri isə şəbəkədaxili danışıqlara 25% güzəşt əldə etdilər. Bu güzəşt Klass-ın dörd tarifinin hər birinə aid edilir. Sevimli nömrə tarifi isə olduğu kimi 0.01 AZN qalır.

Qeyd etmək lazımdır ki, bu tarif kampaniya şəklində deyil, müddətsiz tətbiq edilir. Hər bir Bakcell abunəçisi bu tarifə avtomatik olaraq heç bir qeydiyyatdan keçmədən və şərtsiz qoşulur.

«Bаkcell»-in Mətbuat Xidməti

Baxılıb: 4896

Şərhlər