Sosial şəbəkələrdə yayımla

Bakcell yeni xidmət təqdim etdi

Daim dəyişən və inkişaf edən “Baksell Ltd” MMC öz abunəçilərinin rahatlığını və daha artıq mobilliyi təmin etmək məqsədilə təqdim etdiyi faydalı yeniliklərlə öz abunəçilərini sevindirməkdə davam edir.

20 sentyabr 2007-ci il tarixindən başlayaraq Cin Kart abunəçilərinin ixtiyarına yeni “Kontur yükləmə” xidməti təqdim olundu. Bu xidmət bir Cin Kart abunəçisinin balansından digər Cin Kart abunəçisinin balansına 100 kontur yükləmək imkanı yaradır.

Bunun üçün  öz dostları və ya tanışları ilə kontur paylaşmaq istəyən abunəçi öz telefonunda

*105 # 7 rəqəmli telefon nömrəsi # yes  


YES düyməsini basmaqla istənilən adamın balansına kontur yükləyə bilər. Gün ərzində kontur göndərişlərinin sayına limit qoyulmur. Hər göndərişin dəyəri isə 5 kontur təşkil edir.

Yaxın zamanlarda Bakcell abunəçilərini digər möhtəşəm dəyişikliklər gözləyir.

Şirkətin baş direktoru cənab Martin Kverkin sözü ilə desək: “Şirkətin inkişafı üçün nəhəng sərmayələr ayrılıb və bu il biz abunəçilərimizə onların tələbatlarını ödəyən digər yeni, təkmilləşmiş və keyfiyyətli xidmətlər təqdim edəcəyik”.

Bakcell Mətbuat Xidməti

Baxılıb: 5739

Şərhlər