Sosial şəbəkələrdə yayımla

Baku Digital Marketing Show

Bakıda "Digital Marketing Show” keçirildi
 
18 Yanvar 2013-cü ildə MAK.AZ onlayn marketinq jurnalının təşkilatçılığı "Bakcell" in baş sponsorluğu, "Tandem" və "Huawei" şirkətlərinin sponsorluğu ilə "JW Marriot Absheron" otelində Azərbaycanda ilk dəfə Rəqəmsal Marketinq mövzusunda seminar keçirildi. “Baku Digital Marketing Show” adlanan seminarda Avropanın tanınmış mütəxəssislərindən sayılan CIM (Chareted Institute of Marketing) və IAB(Internet Advertising Bureu)- nin nümayəndəsi Mayk Berri (Mike Berry) çıxış etdi.
 
Təşkilat Komitəsindən verilən məlumata əsasən, "Baku Digital Marketing Show" ölkədə rəqəmsal texnologiyaların yerli şirkətlərin marketinq fəaliyyətlərində tətbiq olunması və sosial medianın bu istiqamətdə səmərəli istifadəsinə yardımçı olmaq məqsədilə keçirildi.
 
Azərbaycanda və dünyada məşhur olan şirkət çalışanlarının, tanınmış marketinq və İKT nümayəndələrinin qatıldığı seminarda bir sıra populyar şirkətlərin uğur hekayələrindən bəhs olundu. Bundan əlavə, məşhur brendlərin kampaniyaları necə virallaşdırılır, sosial media və marketinq, qlobal səviyyədə uğur qazanmış rəqəmsal marketinq nümunələri barədə geniş müzakirələr aparıldı.
 
Tədbirdən görüntülər: BDMS
 

Baxılıb: 1940