Sosial şəbəkələrdə yayımla

“Baku HR Experience” tədbirinin tarixi açıqlandı

Azərbaycanın aparıcı tədbir agentliklərindən biri olan “P World” şirkəti “Baku HR Experience” tədbirinin üçüncü buraxılışının bu ilin 16-17 noyabr tarixlərində, Bakıda baş tutacağını elan edib.
“Baku HR Experience” tədbirinin üçüncü buraxılışı ən yeni mühazirəçilər və sonuncu regional, habelə qlobal İnsan Resursları (İR) sahəsində ən son tendensiyalara yönəlmiş təqdimatlar ilə tamamilə yenilənmişdir. Bu il biz əsas diqqəti praktiki həll variantlarına yönəldəcəyik və İR üzrə dünyanın ən tanınmış 2 peşəkarı, Tedi və Denis Frenk tərəfindən hazırlanmış, gün ərzində davam edəcək interaktiv seminarı proqrama daxil etmişik”, deyə “P World” agentliyinin Baş İcraçı Direktoru Kosta Petrov öz bəyanatında bildirib.
Azərbaycanın yeganə qlobal səviyyəli İR tədbiri “Unilever” şirkətində Qlobal İstedadlar şöbəsinin Rəhbəri Juliya fon Dyuval tərəfindən dünyanın aparıcı tədbirinə həsr olunmuş təqdimat ilə başlayacaq. İki günlük beynəlxalq toplantıda iştirak edənlər həmçinin “Gread Place to Work” şirkətinin Baş İcraçı Direktoru Rob Tomas tərəfindən hazırlanmış “Əməkdaşların potensialının idarə olunması”, “Diageo” şirkətinin İR şöbəsinin rəhbəri Albert Hakers tərəfindən hazırlanmış “Dəyişikliklərin idarə olunması”, “Agricole” Kredit Bankında Bankın İdarə edilməsi üzrə Vitse-prezident Beata Jançur tərəfindən hazırlanmış “İşçilərin işə cəlb olunması” və “Bristol-Myers Squibb” şirkətində İnsan Resursları üzrə keçmiş vitse-prezident Yolain fon Barzi tərəfindən hazırlanmış “İR üzrə yeni üfüqlərin açılması” adlı təqdimatlar ilə tanış ola biləcəklər.
“Baku HR Experience” tədbirinin üçüncü buraxılışına həmçinin “Philips” şirkətinin Korporativ Mədəniyyət və Dəyişikliklərin İdarə Olunması üzrə Qlobal Rəhbəri, keçmiş Vitse-prezident Tedi Frenk və Amerikanın aparıcı transformasiya mütəxəssislərindən biri Denis Frenk tərəfindən yüksək icra göstəricilərini təşviq edən mühitin yaradılması ilə bağlı bütün gün davam edəcək interaktiv seminar daxildir.
Xatırladaq ki, Azərbaycanın aparıcı İR tədbiri “P World” agentliyi tərəfindən təşkil edilir. Tədbirdə Paşa Bank şirkəti “Korporativ Bank Seçimi”, “Fireworks” İR şirkəti isə Eksponentlər qismində çıxış edir. Bundan əlavə, tədbirə aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir: Amcham, Uber, LinQuality, Trend.az, Day.az, Gun.az,  Mak.az, AIESEC in Azerbaijan
Tədbirdə qeydiyyat qaydaları, habelə qeydiyyat haqqı haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

Baxılıb: 4499

Şərhlər