Sosial şəbəkələrdə yayımla

Bakutel 2007yə ölkə prezidentinin qatılması gözlənilir

İteca şirkətinin həyata keçirdiyi növbəti sərgilərdən biri və əhəmiyyəti baxımından Neft və Qaz sərgisindən sonra nüfuzlu hesab edilən 13-cü Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" Sərgi və Konfransında ölkə prezidenti cənab Əliyevin iştirakı gözlənilir.  30 müxtəlif ölkədən 150-ə yaxın şirkətin iştirakının planlaşdırıldığı sərgidə bir çox high-tech şirkətlərinin yeniliklərinin təqdimatı planlaşdırılır. Beko, Nexus, Cisco, HP və digər şirkətlərin müxtəlif aksiyalarının keçiriləcəyi sərgidə Mak.az internet səhifəsinin də müəyyən aksiyaları keçirmək planlarını vardır. Hələ ki, bu planlar sirr olaraq saxlanılır. Bu ilki Bakutel 2007 sərgisinin baş sponsorluğunu isə Azercell şirkəti öz üzərinə götürüb.

Baxılıb: 4389

Şərhlər