Sosial şəbəkələrdə yayımla

Bakıda "Digital Marketing" üzrə növbəti Masterclass keçiriləcək

Masterclass-ın təqdimatçısı qeyd olunan sahə üzrə Beynəlxalq ekspert olan Hando SINISALU olacaq.
Xatırladaq ki, Hando bundan öncə 2013-cü ildə Bakıda keçirilən "Baku Digital Marketing Show" tədbirində də məruzəçi qismində qatılmışdı. 
 
Bu dəfəki təqdimat zamanı Hando SINISALU yüksək biznes nəticələri ilə yadda qalan "Digital Marketing" keysləri barədə məlumat verəcək.
 
Tədbir iştirakçılarına məruzəçinin "Digital Marketing" mövzusunda yazdığı kitabı hədiyyə olunacaq. 
 
Yerli bazarın xüsusiyyətləri və ümumi bazar təhlili barədə müzakirələrin moderatorluğu isə Digital Marketing Institute Azərbaycanın instruktoru və 2.0 digital agentliyin rəhbəri Əflatun Hüseynov tərəfindən aparılacaq.  
 
Qeydiyyat və Ətraflı məlumat üçün link: Digital Marketing Masterclass

Baxılıb: 4780

Şərhlər