Sosial şəbəkələrdə yayımla

Bakıda ilk dəfə "Digital Marketing" üzrə master klass baş tutdu

"AtaBank"ın dəstəyi ilə Bakıda ilk dəfə "Digital Marketing" üzrə beynəlxalq ekspertin iştirakı ilə master klass baş tutdu. 
Təlim zamanı rəqamsal mühitdə baş verən uğurlu beynəlxalq təcrübənin statistikaları, əhatə etdiyi müştəri profilləri və digər metrikslər nümayiş etdirildi. 40-a yaxın yerli marketinq mütəxəssislərinin iştirakı ilə baş tutan tədbir böyük marağa səbəb oldu. 
Tədbirin digər əhəmiyyətli tərəfi "Digital Marketing" kanallarının iqtisadiyyatın çətin vaxtlarında nə qədər effektli və optimal olmasını əyani nümayiş etdirmək idi.  
Qeyd edək ki, master klassda Sinteks, Microsoft, Paşa Sığorta, Azersun, Akkord, Universal McCann kimi şirkətlərin marketinq üzrə rəhbərləri iştirak edirdi. 
"AtaBank" ASC-nin İcraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov tədbirlə bağlı bildirdi ki, xarici ekspertlərin yerli mütəxəssislərlə beynəlxalq təcrübələrini bölüşmələri lokal bazarda fəaliyyət göstərən müxtəlif biznes sahələrinin peşəkarlarına biliklərini effektiv tətbiq etməyə imkan verəcəkdir.  
Qeyd edək ki, tədbir Yüksək Texnologiyalar Parkında həyata keçirilirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Baxılıb: 3994

Şərhlər