Sosial şəbəkələrdə yayımla

Bakıda «Gözəllik və sağlamlıq sərgisi» keçiriləcək

Noyabrın 6-da Heydər Əliyev adına İdman və Sərgi Kompleksində Beynəlxalq Səhiyyə və «Gözəllik və sağlamlıq sərgisi» keçiriləcək. Sərgiyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu və Azərbaycan Stomotoloji Assosiasiyası tərəfindən rəsmi dəstək verilir. Sərginin layihə meneceri Samirə Teymurova tədbirdə 25 ölkədən 152 təşkilatın iştirak edəcəyini deyib. Şirkətlər farmakologiya, tibbi avadanlıqları, optika və oftomologiya, təcili yardım, apteklər və tibb müəssisələri üçün avadanlıqlar nümayiş etdiriləcək.
Həmçinin o qeyd edib ki, sərgidə plastik cərahiyyəyə aid avadanlıqlar da nümayiş etdiriləcək

Baxılıb: 5128

Şərhlər