Sosial şəbəkələrdə yayımla

"Bank of Baku"dan Tibb işçiləri üçün "Bayram Resepti"

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı ilə əlaqədar "Bank of Baku" bütün tibb işçiləri üçün "Bayram Resepti" adlı xüsusi endirim kampaniyasına start verdi. 2001-ci ildən etibarən xüsusi "Kredit kartlar" layihəsini həyata keçirən "Bank of Baku" hal-hazırda 100-dən artıq tibb müəssisəsi ilə bu istiqamətdə əməkdaşlıq edir.

"Bayram resepti" adlı kampaniyanın şərtlərinə əsasən tutduğu vəzifədən asılı olmayaraq hər bir tibb işçisi "Dinamik" və "Dynamic Plyus" MaterCard kredit kartları vasitəsi ilə 150 AZN-dən 4500 AZN-ə qədər 24 ay müddətinə münasib faiz dərəcələri ilə kredit xətti, üstəlik kampaniyanın müddətində kreditin rəsmiləşdirilməsi zamanı bank tərəfindən tutululan bütün komissiyalara 50% endirim əldə etmək imkanına sahib olacaq. Kampaniya cari il, iyun ayının 15-dən iyul ayının 15-dək davam edəcək.

Qeyd edək ki, "Dinamik" kart vasitəsi ilə ölkə daxilində MasterCard qəbul olunan istənilən ticarət və xidmət obyektlərində alış-veriş etmək, həmçinin müəyyən məbləğdə nagd pul əldə etmək mümkündür. "Dinamik Plyus" kartı vasitəsi ilə isə həm ölkə daxilində, həm də ölkə xaricində MasterCard qəbul olunan istənilən ticarət və ya xidmət obyektində alış-veriş etməklə yanaşı tam məbləğdə nağd pulu əldə etmək mümkündür. Müxtəlif məqsəd üçün istifadə edilən əlavə vəsait hər bir tibb işçisinin büdcəsinin tənzimlənməsinə yardımçı olacaq.

Plastik kartlar sahəsinin inkişafı istiqamətində aktif iş aparan Bank of Baku-nun cari il may ayının sonuna emissiya olunmuş kartların sayı 34 002 ədəd təşkil edir, o cümlədən 23 515 ədəd kredit, 10 487 isə debit kartlar təşkil edir.

Kampaniya haqqında ətraflı məlumat almaq üçün, həftənin bütün günləri, 24 saat ərzində fəaliyyət göstərən, telefon nömrəsi 145 olan Bankın Məlumat Mərkəzinə müraciət edə, www.bankofbaku.com və ya www.dynamiccard.az linklərinə daxil ola bilərsiniz.

Baxılıb: 4416

Şərhlər