Sosial şəbəkələrdə yayımla

Bank Respublika əhaliyə qızıl külçələrin alqı-satqısı üzrə xidmətlər təklif edir

Bank Respublika əhaliyə Rusiya istehsalı olan qızıl külçələrin alqı-satqısı üzrə xidmətlər

göstərməyə başlamışdır.

Bank ən yüksək 999,9 əyarlı 5, 10, 50, 100 və 250 qram çəkidə olan qızıl külçələr təklif edir. Hər qızıl külçə onun göstəriciləri qeyd edilmiş xüsusi sertifikata malikdir.

Qızılın tarix boyu və həmçinin son illərdə mütəmadi olaraq qiymətinin artmasını, pul vəsaitinin isə tədricən ucuzlaşmasını nəzərə alaraq, qızıl külçə almağın pul vəsaitinin effektiv yerləşdirilməsi hesab etmək olar.

Bank Respublika qızıl külçənin satışı ilə yanaşı onların alışını da həyata keçirir. Bu müştərilərə imkan verir ki, alınmış qızıl külçəni operativ qaydada Bankda nağd pula çevirsinlər və qızılın qiymətinin artdığı halda əlavə gəlir əldə etsinlər.

Ən yüksək 999,9 əyarlı xüsusi sertifikata malik qızıl külçələr ailə üzvlərinə, qohumlara və yaxınlara ad günü, toy mərasimi və digər əlamətdar günlərdə eksklüziv hədiyyə kimi çox münasibdir.

Müştəri aldığı qızıl külçəni onun maksimal təhlükəsizliyi üçün Bank Respublika-da bank seyfini icarəyə götürərək seyfdə saxlaya bilər.

Bank Respublika əhaliyə qızıl külçələrin alqı-satqısı üzrə xidmətləri Azərbaycan Respublikası Milli Bankının lisenziyasına əsasən göstərir. Hazırda Bank Respublika Azərbaycanda bu xidmətləri göstərən 2 özəl bankdan biridir.

Baxılıb: 4906

Şərhlər