Sosial şəbəkələrdə yayımla

Bank Respublika əmanətçiləri arasında aylıq uduş kampaniyasının keçirilmə müddətini uzatdı

Yeni şərtlərə əsasən, kampaniyada Bank Respublika müştərilərinin ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətləri iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Qeyd edək ki, əvvəl kampaniyada  ən azı 12 ay müddətində yerləşdirilmiş əmanətlər iştirak edə bilərdi.

Kampaniyanın müddəti ərzində hər ay 7 əmanətçi müəyyən olunacaq ki, onlardan 2-si hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı, 5-i isə kampaniyanın əlavə mükafatlarını qazanacaqlar. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 200 AZN məbləğində olan mükafatlardan birini seçə bilərlər: mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi oxuducusu.

Bu günədək Bank Respublika-nın 48 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 30 əmanətçisi əlavə mükafatlar qazanmışlar.

Bank Respublika-nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq pulsuz MasterCard və VISA kartlarını, kartla 35 günədək faizsiz kredit xətti əldə edə, “Home Banking” xidmətindən yararlana, Bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Hazırda Bank Respublika həmçinin plastik kart müştəriləri arasında uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Paris səyahətədir. Əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi pleyeridir. Beləliklə, Bank Respublika-dan pulsuz kart əldə edib xaricə səyahət və başqa mükafatlar da qazanmaq olar. 

Baxılıb: 4556

Şərhlər