Sosial şəbəkələrdə yayımla

Bank Respublika əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirdi.

15 avqust 2007-ci il tarixdə Bank Respublika əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirmişdir və Bankın daha 7 əmanətçisi mükafatlar qazanmışdır.

Bankın 2 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı qazanmışlar. Daha 5 əmanətçi isə hər biri 200 manat dəyərində kampaniyanın əlavə mükafatlarını qazanmışlar. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya “Gallery” mağazalar şəbəkəsinin alış kuponunu seçə bilərlər.

Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Bu günədək Bank Respublika-nın 48 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 30 əmanətçisi əlavə mükafatlar qazanmışlar.

Bank Respublika-nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq pulsuz MasterCard və VISA kartlarını əldə edə, “Home Banking” xidmətindən yararlana, Bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Hazırda Bank Respublika həmçinin plastik kart müştəriləri arasında uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Paris səyahətədir. Əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi pleyeridir. Beləliklə, Bank Respublika-dan pulsuz kart əldə edib xaricə səyahət və başqa mükafatlar da qazanmaq olar.

Baxılıb: 4541

Şərhlər