Sosial şəbəkələrdə yayımla

Bank Respublika 25 000-ci plastik kartının buraxılışını qeyd etdi

Bank Respublika 25 000-ci plastik kartının buraxılışını qeyd etdi. Bu münasibətlə Bankın baş ofisində 25 000-ci kartın sahibinə şəhadətnamə və hədiyyə təqdim olunmuşdur.

Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank Respublika kartlar üzrə ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit xətti almaq imkanı yaradır. Bank həmçinin kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.

Hazırda Bank Respublika müştəriləri olan MasterCard, Maestro və VISA plastik kart istifadəçiləri arasında "Paris səyahəti" uduş kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 2 nəfərə 7 günlük Paris səyahətidir. 12 əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi pleyeridir.

Bu ilin 1 avqust tarixindən 1 dekabr tarixinədək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 AZN / USD / EUR həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunur. Kampaniyanın qalibləri bu ilin 20 dekabr tarixində keçiriləcək lotereya oyununun nəticəsində müəyyən olunacaqlar.

Baxılıb: 5607

Şərhlər