Sosial şəbəkələrdə yayımla

Bank Respublika 8-dən 18-dək yaşda olan şəxslər üçün yeni kart buraxacaq - İlk Kart

Bank Respublika yeniyetmələr üçün yeni plastik kart buraxacaqdır. Bu plastik kart Azərbaycanda 8 yaşından 18 yaşına qədər olan şəxslər üçün nəzərdə tutulan ilk xüsusi kartdır.

Yeniyetmələr üçün kart buraxılışında məhdudiyyətlərin olması səbəbindən, bəzən valideynlər öz adına kartı rəsmiləşdirərək istifadə üçün uşaqlarına verirlər. Bu narahatçılığı aradan qaldırmaq üçün, İlk Kart 8-dən 18-dək yaşda olan şəxslərin öz adlarına buraxılacaqdır.

Beləliklə, İlk Kart böyüyən nəslin həyatında ilk plastik kart olacaq və bu amil kartın adında da öz əksini tapmışdır.

İlk Kart VISA Electron kartının bazasında buraxılacaq və bankomatdan nağd pulun çıxarılması, mal və xidmətlərin ticarət-xidmət müəssisələrində nağdsız ödənişi, həmçinin İnternet vasitəsilə elektron ödənişlər üçün istifadə oluna bilər. Kartların istifadə coğrafiyası dünyanın 200-ə qədər ölkəsini əhatə edəcək. Bu kartlar da pulsuz və xidmət haqqı olmadan veriləcəkdir.

İlk Kart valideynin və ya həddi-buluğa çatmış başqa bir şəxsin kartına əlavə kart kimi buraxılacaqdır. Valideyn övladının xərclərini nəzarətdə saxlamaq və artıq xərclərin qarşısını almaq məqsədi ilə kartla əməliyyatların məbləğinə gündəlik, həftəlik və / və ya aylıq limit təyin edə bilər. Bu kartlar uşağın başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda daha da rahatdır. Bu zaman pulun göndərilməsi məsələsi asanlıqla həll olunur, belə ki valideynin kart hesabına pul yerləşdirməsi kifayət edir.

İlk Kart istifadəçiləri Bank Respublika tərəfindən plastik kart müştəriləri arasında keçirilən bütün uduş kampaniyalarında və həmçinin bu kartlar üzrə xüsusi uduş kampaniyalarında iştirak edəcəklər.

Bank Respublika hazırda bu kartları 8-dən 18-dək yaşda olan şəxslərə verir, lakin bu yaş kateqoriyasının kartlarını fərqləndirmək üçün iki müxtəlif dizayn variantı ilə İlk Kart buraxılması qərara alınmışdır.

Baxılıb: 4821

Şərhlər