Sosial şəbəkələrdə yayımla

Bank Respublika “İlin Bankı” nominasiyasında mükafat aldı

Bank Respublika 15 ildən artıq fəaliyyəti ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Bankın səhmdarları sırasında Almaniyanın 2 böyük maliyyə institutu təmsil olunur – KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT. Bank Respublika hazırda Moody's Investors Service agentliyinin B2 dərəcəli və “pozitiv” proqnozlu beynəlxalq reytinqə malikdir.

2007-ci ildə Bank Respublika 24 mln. ABŞ dolları məbləğində Avropa Yenidənqurma və İnkişaf Bankından sindikatlaşdırılmış kredit və AMBF-MSE proqramının nəticələrinə əsasən AYİB-in “Senior-tərəfdaş” statusunu almışdır. Bank Respublika bu il ərzində bir sıra digər beynəlxalq maliyyə təşkilatları ilə də əməkdaşlığı genişləndirmişdir. 

2007-ci ildə Bank yeni məhsul və xidmətlərin tətbiqi ilə yanaşı, xidmət şəbəkəsini də genişləndirmişdir. Bankın hazırda ölkə üzrə 24 ofisi fəaliyyət göstərir. Bank Respublika-nın 1 noyabr 2007-ci il tarixinə ümumi aktivləri 227,7 mln. manat olmuşdur. Bank Respublika Azərbaycanın aparıcı banklarından biridir və “İlin Bankı” mükafatının verilməsi bunun növbəti göstəricisidir.

Baxılıb: 4779

Şərhlər