Sosial şəbəkələrdə yayımla

Bank Respublika-nın aktiv kartlarının sayı 17 min ədədi keçdi

2007-ci ilin əvvəlindən Bank Respublika-nın aktiv plastik kartlarının sayı 64% artaraq 17 min ədədi keçmişdir. İlin əvvəlindən Bankın aktiv kartlarının sayı 6 600 ədəddən çox artmışdır.
Bank Respublika plastik kart müştəriləri arasında həmçinin “Parisə səyahət” uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı 2 nəfərə 7 günlük Paris səyahəti, eləcə də 12 əlavə mükafat - 2 videokamera və 10 ədəd iPod musiqi oxuducusundan ibarətdir.

Bu ilin 1 avqust tarixindən 1 dekabr tarixinədək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 AZN / USD / EUR həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunaraq uduş kampaniyasında iştirak edir. Kampaniyanın qalibləri bu ilin 20 dekabr tarixində keçiriləcək lotereya oyununun nəticəsində müəyyən olunacaqlar.

Baxılıb: 6166

Şərhlər