Sosial şəbəkələrdə yayımla

Bank Respublika-dan “Paris səyahəti” kampaniyasının qalibləri müəyyən edildi

24 dekabr 2007-ci il tarixində Bank Respublika-nın baş ofisində müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin və Bankın plastik kart müştərilərinin iştirakı ilə “Paris səyahəti” uduş kampaniyasının mükafatlarının oynanılma mərasimi keçirilmişdir.

Kampaniya çərçivəsində 7 günlük 2 nəfərə Parisə səyahət və 12 əlavə mükafat – 2 videokamera və 10 iPod musiqi pleyeri oynanılmışdır. Bank hədiyyə qazanmış müştəriləri telefonla xəbərdar edir.

Kampaniyada Bank Respublika-nın MasterCard, Maestro və VISA plastik kartlarının istifadəçiləri iştirak edirdilər. Bu ilin 1 avqust tarixindən 1 dekabr tarixinədək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya avro həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunurdu.

Bank Respublika mütəmadi olaraq plastik kart müştəriləri arasında uduş kampaniyaları keçirir. “Paris səyahəti” kampaniyasınadək Bank Respublika-nın plastik kart müştəriləri “Maldiv sərgüzəştləri”, “Vyanaya Yeni il səyahəti”, “Kipr səyahəti”, “Misirə doğru”, “Dubay səfəri”, “Almaniyaya Futbol üzrə Dünya Çempionatına Səyahət” və “İtaliya səyahəti” kampaniyalarında da iştirak etmişdirlər.

Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Bank Respublika-nın kartları ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq olar.

Yaxın vaxtlarda Bank Respublika plastik kart müştəriləri arasında yeni uduş kampaniyasını elan etməyi planlaşdırır və bu kampaniyanın da əsas mükafatı xaricə səyahət olacaqdır.

Baxılıb: 4797

Şərhlər