Sosial şəbəkələrdə yayımla

Bank Respublika-dan yeni uduş kampaniyası - “Paris səyahəti”

Bank Respublika müştəriləri olan MasterCard, Maestro və VISA plastik kart istifadəçiləri arasında yeni uduş kampaniyası keçirməyə başlamışdır.
Kampaniyanın əsas mükafatı 2 nəfərə 7 günlük Paris səyahətidir. 12 əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi oxuducusundan ibarətdir.
Bu ilin 1 avqust tarixindən 1 dekabr tarixinədək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya avro həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunur. Kampaniyanın qalibləri bu ilin 20 dekabr tarixində keçiriləcək lotereya oyununun nəticəsində müəyyən olunacaqlar.
Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Bank Respublika-nın kartları ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit xətti almaq olar.
Bank həmçinin plastik kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.

Baxılıb: 6400

Şərhlər