Sosial şəbəkələrdə yayımla

Bankların Internet səhifələrinin inkişaf tendensiyaları

Hər bir şirkət vahid kommunikasiya strategiyasi əsasında televiziya, radio, bilbordlar, çap materialları və promo məhsullar vasitəsilə öz xidmət və məhsulları barədə ictimaiyyəti məlumatlandırır. Veb səhifə reklam və müştəri ilə ünsiyyət üçün əlverişli müstəvilərdən biridir. Sürətlənən cəmiyyətimizdə insanlar öz vaxtlarının hər dəqiqəsinə qənaet edir və yerinə yetirməli olduqları tapşırıqların sürətli həllərini axtarırlar. Bu tapşırıqların çoxu – kommunal xərclərin ödənilməsi, kreditin alınması, depozitıərin qoyulması, pul köçürmələri və hesabın açılması – birbaşa banklarla əlaqədardır. İnsanların sürətlə və asanlıqla əldə olunan məlumat və məsləhətlərə ehtiyacı var. 

Veb səhifə istifadəçi və məlumatın sütərlə və maneəsiz bir araya gəldiyi yerdir. Veb səhifəsi bank xidmətlərindən istifadə üçün vasitə ola bilər. Məsələn, Citibankın veb səhifəsində müştərilər onlayn formalar vasitəsilə evlərindən çıxmadan və əllərində sıra nömrəsi ilə bankda saatlarla gözləmədən kredit ala, hesab yaxud plastik kart aça bilərlər. Barclays bankının veb səhifəsində isə telefon xəttinin azad olmasını gözləmədən çat vasitəsilə məsləhət almaq olar. Əslində elə bu cür imkanlar bankın rəqabət üstünlüklərini təşkil edir və gələcək müştəriləin gözündə bir bankı o birindən fərqləndirir.

Online Banking artıq çoxdan Qərb insanının gündəlik həyatına daxil olub. Belə ki, hər ay Citibankın veb səhifəsinə yalnız ABŞ-dan 4 milyon, bütün dünyadan isə bundan da çox istifadəçi daxil olur. ToerGroup şirkətinin analitikləri bildirirlər ki, 10 ildən sonra böyük bank şəbəkələrinin əksəriyyəti kütləvi şəkildə öz xidmət ofislərini bağlayacaqlar. Bunun səbəbi onlayn müştərinərin sayının dayanmadan artmasıdır. Hazırda onların sayı 600 milyondur. Bu o qədər də çox olmasa da, bu rəqəm hər il 20% artır. Beləliklə bankların xidmət filiallarına, telefon zənglərinə və bankomatlara olan tələbat kəsgin şəkildə azalır. Əlbəttə, onlayn xidmətlərin keyfiyyətini artırmaq üçün hələ çox işlər görmək lazımdır. Lakin, o da artıq məlumdur ki, gələcəkdə virtual banklar bütün analoji bank xidmətlərini göstərən filiallara çevriləcəklər.

Uğurlu veb səhifənin arxasında hər zaman komanda dayanır. Bu komanda təkcə veb səhifəni yaratmır, həm də bankla birlikdə mütəmadi şəkildə bank xidmətlərini veb səhifədə əks etdirir. Onlar daimi olaraq veb səhifəni yeniləyir, tamamlayır və internetdə saytin tanınması üçün fəaliyyət göstərirlər.

Bu gün bir çox Azərbaycan banklarının veb sehifəsi bukletləri xatırladır. Onlar müştərilərlə ünsiyyət yaratmırlar, sadəcə məlumat verirlər. Əslində isə, veb səhifə effektiv ünsiyyət vasitəsi ola bilər. Banklar öz veb səhifələri vasitəsilə insanlarla ünsiyyət qurmağı, məsləhətlər verməyi və onlara seçimlərində kömək etməyi, bir sözlə, faydalı olmağı öyrənməlidirlər.

İnkişaf etmiş Avropa və Qərb ölkələrində internet demək olar ki, bütün evlərdə var və hər bir ailə üzvü ondan istifadə edə bilir. Azərbaycanda isə vəziyyət o qədər də qənaətbəxş deyil. Baxmayaraq ki, Aznet il-ildən genişlənir və daha çox istifadəçi cəlb edir, bu istifadəçilərin daha yetgin və təminatlı olması, internetdən təkcə əyləncə kimi deyil, həm də öz gündəlik məsələlərinin həlli kimi istifadə etməsi üçün hələ bir qədər vaxt keçməlidir. Lakin inkişaf etmiş ölkərərdən bir addın geridə olmağın üstünlüklər də var. Biz onların hansı istiqamətdə inkişaf etdiyini və gələcəkdə özümüzün harada olacağımızı indidən görə bilrərik. Biz olnarın uğurlu və uğursuz nümunələrini analiz edə və onlar tərəfində əsası qoyulan yolda daha qətiyyətlə addımlaya bilərik.

Ceyhun Imanov, “Jeykhun Imanov Studio” brendinq və dizayn agentliyinin rəhbəri

Baxılıb: 2797

Şərhlər