Sosial şəbəkələrdə yayımla

Bilirdiniz, nəyə görə Şaxta babanın kostyumu qırmızı və ağ rənglərdə qəbul edilir?

Bir çox insan razılaşar ki, Şaxta baba qırmızı kostyumlu, ağ saqqallı şən adamdır. Ancaq o, həmişə belə olmayıb və Koka-Kola reklamı əslində Şaxta Babanın müasir görünüşünün formalaşmasına kömək edib. 1931-ci il Koka-Kola Şaxta baba rəssam Haddon Sandblom tərəfindən təqdim edildikdən əvvəl Şaxta Babanın imici böyükdən balacaya, kökdən arığadək dəyişib.

 

 

Əsrlər boyu, Şaxta baba böyük, arıq adamdan tutmuş elfə kimi müxtəlif şəkillərdə təsvir edilib. Günümüzün Şaxta babası isə müxtəlif ölkələrin bir sıra hekayələrinin kombinasiyasıdır.

Ümumilikdə bu səhv fikirdir ki, Şaxta baba Koka-Kolanın rəngi qırmızı olduğu üçün qırmızı kostyum geyinir. Əslində qırmızı rəngli Şaxta babaya Haddon Sandblomun Koka-Kola reklamı üçün Şaxta baba çəkməsindən əvvəl də rast gəlinib. Ancaq Koka-Kolanın reklamından sonra qırmızı kostyum geyinmək Şaxta babanın davamlı xüsusiyyətinə çevrildi.

İnsanlar Koka-Kola Şaxta Baba şəkillərini sevirdilər və bu şəkillərə o qədər diqqət yetirirdilər ki, nə isə dəyişəndə Koka-Kola şirkətinə məktublar göndərirdilər. Bir il Şaxta Babanın böyük kəməri arxaya doğru idi (çox güman bu ona görə idi ki, Haddon Sandblom şəkil çəkəndə güzgüyə baxa-baxa model kimi özünü istifadə edirdi). Bir başqa il, Şaxta babanın barmağında üzüyü yox idi. Buna görə də fanatlar onun xanımına nə olduğunu soruşmuşdular.

MƏNBƏ: ERA Araşdırmalar mərkəzi / http://www.thecoca-colacompany.com/heritage/cokelore.html

Baxılıb: 5486

Şərhlər