Sosial şəbəkələrdə yayımla

Bill Qeyts Harvardın diplomunu alıb

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Stiven Hayman universitetinin tələbəsi olmuş Qeytsin əməyini yüksək qiymətləndirib. "Onun tələbə yoldaşları elm öyrənməyə çalışan vaxt o, şəxsi kompüterlər erasının başlanğıcını qoymaqla inqilab edib",- deyə rektor qeyd edib. Hüquq fakültəsinin tələbələri ilə eyni sırada duran Bill Qeyts isə ona gülümsəyərək qulaq asıb. Xatırladaq ki, milyarder "Harvard"a 1973-cü ildə daxil olub, iki ildən sonra isə oradan çıxarılıb. 32 ildən sonra universitet rəhbərliyi onu xüsusi xidmətlərinə görə, diplomla təltif etmək haqqında qərar verib.

Baxılıb: 3779

Şərhlər