Sosial şəbəkələrdə yayımla

Bir yığıncağın göstərdikləri

Məlumunuzdur, şənbə günü Azərbaycanın Marketinq İcması nəhayət iki illik fasilədən sonra toplaşa bildi. Və məncə 2 illik həsrətə nöqtə çox gözəl şəkildə qoyuldu. Söhbətlərin interaktivliyi və dolğunluğumu desəm, iştirakçıların geniş spektrli və dəyərli olmasımı desəm, məkanın fiziki hazırlığımı desəm?.. Bütün faktorlar birləşib gözəl bir tədbir bəxş etdi bizə. İştirak edənlər “aha, elə idi”, iştirak etməyənlər isə “tfu, lənət şeytana” deyir yəqin ki içindən...

Yığıncağın ümumi mənzərəsini və xülasəsini redaktorumuz şəxsən təqdim edəcək. Özü də videoreportajın müşaiyəti ilə. Hələlik isə, Vüsal Qəmbərov olaraq bu tədbirdən çıxardığım nəticələri paylaşmaq istəyirəm.

Nəticə 1 – Möcüzə

“Möcüzə” bu aralar çox populyar bir sözə çevrilib. Mənə elə gəlir ki, Azərbaycanda hər hansı bir peşənin sahiblərinin (rəqabət, bəyənməmə, qəbul etməmə) başqa bir millətin nümayəndəsinin iştirakı olmadan belə səmimiyətlə bir araya gəlməsi möcüzənin özüdür. Bunu ətrafdan aldığım əksmünasibətlər (feedback) də təsdiqləyir. Marketer qardaşlar və bacılar, xaiş edirəm bu dəyəri qoruyaq!

Nəticə 2 - Problem

Bunun fonunda tədbir bizə real bir problemi aşkarladı: marketerlər nə qədər birləşməyə cəhd etsə də, bu yetərli deyil. Bu yetərsizlik həm marketinqə ölkədəki yanaşmanın ürəyimizi açan səviyyəyə çatması, həm də fəaliyyətlərin ticari faydalılığını artırmağa mane olur.

Nəticə 3 – Potensial

Hər şeyə rəğmən yekun müsbət notlarla olsun... Azərbaycan marketerləri üçün gələcək parlaq görünür. Rəqabətin marketinqi ölkədə lazımi yerə gətirib çıxarma trendində olması bir tərəfə, bəzi lazımi məkanlarda lazımi söhbətlərin aparılması bir tərəfə, marketerlərin daha çox öyrənməyə və gücləri birləşdirməyə həvəsi sevindirir.

Son olaraq... Biz Azərbaycan marketinqinə nəyin lazım olduğunu müzakirə etməyə çalışdıq... etdik də. Amma bu müzakirə uzağı problemi ortaya qoyacaq. Və hətta müəyyən həllər də təklif edilə bilər. Amma bütün əksikliklərin aradan qaldırılması üçün sahibkarların geniş baxış qazanması, istehlakçının özünü dərk etməsi lazımdır. Buna sinerjimizi əlavə etsək, bütün lazım olanlar burada olacaq...

Tədbirdən görüntülərə baxmaq üçün klikləyin: Lazım 2011

Baxılıb: 5559

Şərhlər