Sosial şəbəkələrdə yayımla

Bizdə də artıq var?

Nə var? Harda? Niyə?

Bu sualları üç ay əvvəl KFC-nin tizeri başlayanda hamı bir birindən soruşurdu, və nəhayət ki, nəyin artıq bizdə də olduğunu bildik.
“Kimdəsə hələ yoxdur, bizdəsə artıq var” deyərək marketinq tarixində ən uzun müddətli tizer edən və uzun müddətdir ki, gözlənilən KFC bazara girdi. O bazara ki McDonalds illərdir hegemonluq edirdi, sonra səs küylə MarryBrown girsə də sükuta qərq oldu, və digər yerli və ya türk fast foodları mübarizə aparırdılar.

Amma KFC-nin bunlardan nəyi fərqlidir?
İlk baxışdan seçdikləri konseptlə, və ya menyuları ilə digərlərindən fərqlənmir. Mən bilməsəydim ki KFC əsasən qızarmış toyuqları ilə məşhurdur bugün Park Bulvarda olanda daha bir fastfood yerinin açıldığını düşünərək yanından keçəcəkdim. Nə var orda? “Bizdə artıq var” deməklə nəyi çatdırmaq istəyirlər? McDonaldsda bu toyuqlardan yoxdur? Yoxsa MarryBrownda toyuq qızartması yoxdur?

Ümumiyyətlə KFC-nin bütün komunikasiyası və menyusu rəqibə yönəlmiş “follower” strategiyasını xatırladır. “Kimdəsə yoxdur” ifadəsi rəqibdə bu menyunun olmamasını göstərir, lakin frontdeskdə durub menyuya baxanda ilk nəzərə çarpan burqerlər (McDonaldsın chickenburgerinə oxşuyur) və  sezarroll tipli bükümlər ilk nəzərə çarpanda McDonaldsla müqayisə etməmək olmur. KFC-nin əsas simvolu olan vedrə dolu qızardılmış toyuqlar isə ön plana çəkilməyib. KFC deyəndə ağıla ilk gələn nəhəng qabla dolu toyuqlar heç bir kommunikasiya vasitəsində istifadə olunmayıb. Həm avtobus, həm metro həm də açıq hava reklamlarında yalnız toyuq burgerləri göstərilir. Axı bu burqerlər istənilən fast food restoranında tapılır. Niyə əsas fərqlilikdən uzaqlaşıb hamıda olana yönlənilir?

 

Baxılıb: 3948

Şərhlər