Sosial şəbəkələrdə yayımla

BMW əldən getdi

Üç ayın həyəcanı bitdi! Yay aylarında bütün Azərbaycanı xoş gərginlik və maraq içində saxlayan “1001 hədiyyə” kampaniyası sona çatdı. İlk baxışdan, belə bir kampaniya inanılmaz görünə bilər. Axı “Azercell”in təqdim etdiyi bahalı, çox dəyərli hədiyyələri qazanmaq üçün xüsusi nəsə etməyə ehtiyac yox idi. Sadəcə, “Azercell” abonentləri özlərinə lazım olan kontur və ödəmə kartlarını almalı və kart üzərindəki boyanı silməli idilər. Beləliklə, bu üç ay ərzində minlərlə insan bu cür sadə və rahat yolla çoxlu sayda hədiyyə və danışıq vaxtı qazandılar.

Hədiyyələr arasında daha nələr yox idi! Öz nömrələrinə kontur yükləyən, yaxud da balansını artıran “Azercell” abonentləri kompüter, videokamera, musiqi pleyeri və nəhayət mobil telefon qazanmış oldular. Bundan əlavə, minlərlə insan pulsuz danışıq vaxtı və kontur sahibi oldu.

Kampaniyanın əsas prizi - super tyuninq-li BMW avtomobili idi. Bu çox qiymətli avtomobilin sahibinin adı yalnız kampaniyanın sonuncu ayında bəlli oldu. Belə ki, “1001 hədiyyə” kampaniyası çərçivəsində uduşa qoyulan super tyuninq-li BMW avtomobili Ağdaş rayonunun Ortaləki kənd sakini Fərəmuz Zəki oğlu Nurməmmədova qismət olub. 45 yaşlı Fərəməz Nurməmmədov 5 ildir ki “Azercell” abonentidir. Dediyinə görə, bu müddət ərzində həmişə şirkətin keçirdiyi kampaniyalarda iştirak edib. Amma ilk dəfədir ki, bu cür iri hədiyyə udub. O, bu kampaniyada iştirak edən kartlar alanda ağlına da gətirməyib ki, avtomobil uda bilər. 3 övlad və bir nəvə sahibi olan Fərəməz Nurməmmədov deyir ki, bu hədiyyə onların ailəsi üçün ikiqat bayram deməkdir: “İndiyədək mənim avtomobilim olmayıb. Bu cür gözəl, inanılmaz bir imkana görə “Azercell Telekom” BM-ə dərin təşəkkürümü bildirirəm, şirkətin gələcəkdə də, bu cür kampaniyalar keçirməklə minlərlə ailəyə sevinc bəxş etməsini arzulayıram”.

Avtomobilin açarını qalibə “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi.A. H. Ateş qalibi təbrik edərək, qazandığı avtomobili xoş günlərdə istifadə etməyi arzuladı. “Azercell Telekom” BM-in baş müdiri gələcəkdə belə qiymətli hədiyyəni digər Azercell abonentlərinin də qazana biləcəyini vurğuladı. ”6 ildir Azercell abonenti olduğunuzdan, belə dəyərli hədiyyəni qazanmağa layiqsiniz. Bir daha təbrik edirəm, bundan sonra da şirkətimizin keçirəcəyi kampaniyalarda uğurlar diləyirəm”- deyə Şirkətin Baş Müdiri bildirdi.

Qeyd edək ki, “1001 hədiyyə” kampaniyasına iyunun 1-də start verilmişdi. Üç ay davam edən kampaniyaya sözün əsl mənasında 1001 hədiyyə çıxarılıb - 500 iPod Nano, 300 SonyEricsson W880i mobil telefonu, 150 JVC markalı video kamera, 50 Acer Ferrari noutbuku və 1 BMW avtomobili. Lakin bu da son deyildi. “Azercell” öz abonentlərinə çox böyük miqdarda konturlar və pulsuz danışıq vaxtı da hədiyyə etmiş oldu və kampaniyanın populyarlığını nəzərə alaraq, bazara əlavə hədiyyəli danışıq kartları çixartdı. Bunun sayəsində, 31 avqust 2007-ci il tarixinə Fakturalı xətt abonentləri 2473 ədəd 20 manatlıq, 1946 ədəd 40 manatlıq, 366 ədəd 100 manatlıq, 136 ədəd 200 manatlıq ödəmə kartlarında balansa hədiyyələr qazandılar. SimSim, GəncSim və BizdənBizə abonentləri isə 431743 ədəd 2 manatlıq, 68746 ədəd 5 manatlıq, 76147 ədəd 10 manatlıq, 7047 ədəd 20 manatlıq və 2960 ədəd 40 manatlıq danışıq vaxtı uddular.

Onu da deyək ki, bəxti gətirməyənlər həvəsdən düşməməlidir. Çünki kampaniyaya çıxarılan hədiyyələrin hamısı öz sahibini tapmayıb. Hələlik 3 kompüter, 19 videokamera, 34 telefon və 156 iPod udulmayıb. Bundan əlavə minlərlə danışıq vaxtı və balansa hədiyyələr hələ də udulmamış qalır. Bu hədiyyələr olan kartlar satışdadır. Onları udan şəxslər kartları “Azercell Telekom” BM-in Baş Ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspress ofislərindən birinə 31 yanvar 2008-ci il tarixindən gec olmayaraq təqdim etməlidir. Kampaniya üçün buraxılan hədiyyəli kartlar ilin sonunadək etibarlıdır. Bu müddət ərzində hədiyyə çıxan abonentlər Balansa hədiyyə və uduşlu konturlar istənilən vaxt yüklənilə bilər.

“Azercell Telekom” BM bu cür kampaniyaları əvvəllər də keçirib. Ötən il 10 illik yubileyində şirkət 10 ailəyə ən lazımlı və çox bahalı hədiyyə etmişdi – bu ailələr paytaxt Bakıda mənzil udmuşdular.

“Azercell Telekom” gələcəkdə də abonentlərinə yüksək keyfiyyətli rabitə və çeşidli xidmətlərlə yanaşı çoxlu sürprizlər vəd edir!

Baxılıb: 5217

Şərhlər