Sosial şəbəkələrdə yayımla

BMW 8-ci seriya avtomobilinin fotoşəkilləri peyda oldu

İnternetdə yeni BMW 8 avtomobilinin ilk fotoşəkilləri peyda olub. Yeni “səkkizliyin” iki deyil, dörd qapısının olacağı gözlənilir. Yeni avtomobil 7-ci seriyadan olan iri sedanın platformasında hazırlanacaq. 8-ci seriyaya aid modelinin kapotunun altında 4,8 litr həcmli V8 və 6,0 litr həcmli V12 mühərrikləri quraşdırılacaq. Qeyd etmək lazımdır ki, BMW konserni 8-ci seriyadan başqa həm də 5-ci seriyanın bazasında hetçbek hazırlamağı planlaşdırır (doğrudur, bu modelin klirensi böyük və o, tam ötürücü sistemlə təchiz olunacaq).
BMW 8 seriya əsasən Porsche Panamera, Mercedes-Benz CLS və Audi A7 kimi modellərlə rəqabət aparacaq.

Baxılıb: 4891

Şərhlər