Sosial şəbəkələrdə yayımla

BMW Club Azərbaycandan xeyriyyə aksiyası

Son zamanlar avtomobil klubları fəallıq nümayiş etdirirlər. Noyabrın 11-də BMW həvəskarları bir araya toplandı. Ümumiyyətlə, bir neçə BMW avtomobil sahibi var ki, onlar vaxtaşırı bir yerə toplaşır, şəhərdən çıxaraq səyahətə yollanır, söhbətləşir, məsləhətləşib vaxtlarını səmərəli keçirirlər. Bu insanları bir məqam birləşdirir ki, onların hamısı BMW sahibidir və onlar bu markaya vurğundurlar. BMW klub Azərbaycan bir il bundan öncə yaranıb. Analoji klublar Avropa və Amerikada uzun illər bundan qabaq fəaliyyət göstərib. Bir il bundan əvvəl isə Emin Məmmədov klub yaratmaq ideyası ilə çıxış edib və yoldaşları ilə birgə klubu formalaşdırıb. Məhz həmin vaxtdan bəri onlar hər həftənin cümə günü bir yerə toplaşırlar. Bu ilin aprel ayından isə onların forumu fəaliyyət göstərir: www.forum.bmwclub.az . Yaxın günlərdə isə klubun internet səhifəsi istifadəçilərin ixtiyarına veriləcək: www.bmwclub.az  
Emin Məmmədovun sözlərinə görə, klubun əsas məqsədi BMW markasını Azərbaycanda daha da təbliğ etmək, bu markanın həvəskarlarını bir araya toplamaq, texniki və praktiki təcrübəni paylaşmaqdır. Bu klubda müxtəlif peşənin sahibləri toplaşıb. Onların arasında rəssam da var, mühəndis də. Maraqlıdır ki, klub üzvləri xeyriyyə tədbirləri də həyata keçirirlər. Belə ki, noyabrın 11-də onlar “Ümid yeri” Uşaq sığınacağı və reabilitasiyası mərkəzinə yollandılar. Klub üzvləri mərkəzə soyuducu hədiyyə etdilər. Bununla yanaşı, uşaqlara qiymətli hədiyyələr də verdilər. Ən önəmlisi isə onlara diqqət və qayğı göstərdilər. Mərkəzdə diqqətimi belə bir yazı cəlb etdi: “Dünyanı uşaqlara verə bilmiriksə, heç olmasa, qəlbimizi verək”...
Daha sonra klub üzvləri və uşaqlar öz retro avtomobilləri ilə diqqət çəkən “Retro” kluba yollandılar. Burda onlar tarixi avtomobillərlə tanış oldular. Klubun təsisçisi Emin Məmmədovun fikirləri isə daha maraqlı oldu: “Biz belə tədbirləri yenə də davam etdirəcəyik. Bu tədbirin həyata keçməsində böyük köməyi olan “İmprotex” şirkətinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, xeyriyyə xarakterli tədbirlərin həyata keçirilməsində əməkdaşlığımız davam edəcək. | Milli Avtomobil Portalı

Baxılıb: 4768

Şərhlər