Sosial şəbəkələrdə yayımla

BMW-nin Çin Versiyası BYD

Çinin BYD avtomobil şirkətinin təmsilçiləri bildirmişlər ki, onlar qiyməti 3.950 dollar olan şəhər avtomobili istehsal etməyə hazırdırlar. Çinlilər yeni modelin konseptini artıq bu ilin payızında nümayiş etdirə bilərlər. Çox güman ki, ona F1 adı veriləcəkdir. Modelin seriya ilə istehsalına 2009-cu ilin əvvəlindən başlana bilər.
BYD-nin təmsilçiləri yeni avtomobilin texniki təfsilatları barədə heç nə söyləməyiblər. Lakin onlar əmindirlər ki, yeni “büdcə” modeli təkcə Çində deyil, digər ölkələrdə də uğurla satılacaq.
Bu “digər” ölkələrin arasında MDB ölkələrinin də olacağı ehtimalı böyükdür
/avtomobil.az

Baxılıb: 4917

Şərhlər