Sosial şəbəkələrdə yayımla

BMW X1

X6 ofrouderinin premyerasından dərhal sonra Bavariyanın avtomobilqayırma konserni yeni BMW universalını istehsal edəcəyini elan etdi. Kompakt ölçülü yeni avtomobil 1-ci seriyanın modellərinə uyğun olacaq. Yeni modelin BMW X1 adlandırılacağı gözlənilir. Bu model müvafiq kateqoriyalı mühərriklə və X3 modelində olduğu kimi tam ötürücü sistem ilə təchiz olunacaq.
X1 modeli üzərində böyük dizayn işinin aparılacağı gözlənilmir. Bununla belə, eksteryerin bəzi elementlərinə əl gəzdiriləcək, məsələn, radiator barmaqlıqları genişləndiriləcək, faraların kənarları yeni üslubda işlənəcək və bamperə aqressiv görkəm veriləcək.
Ekspertlərin proqnozlarına görə, X1 modelinin istehsal həcmi ildə 100 min avtomobilə bərabər olacaq. Onun bir nüsxəsinin qiyməti isə 30 min dollar təşkil edəcək. Yeni modelin təxminən 2010-cu ildə istehsal olunması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, BMW konserni avtomobil bazarı sektorunda Mercedes-Benz və Audi ilə rəqabət aparmalı olacaq. Bu şirkətlərdə da öz universallarını (müvafiq surətdə GLK və Q3 modellərini) hazırlamağı planlaşdırırlar.
X seriyasına aid iki yeni modeli istehsal etdikdən sora Bavariya konserni X4 ofrouderini və güclü V12 mühərriki ilə təchiz ediləcək X7 modelini hazırlamaq məsələsini nəzərdən keçirəcək. /avtomobil.az

Baxılıb: 4370

Şərhlər