Sosial şəbəkələrdə yayımla

Britaniya müsəlmanları öz imiclərini yaxşılaşdırmaq üçün PR mütəxəsisslərinə müraciət ediblər

Böyük britaniyada müsəlmanların imiclərini yaxşılaşdırmağa yönəlik PR kampaniya başlayıb. Verilən məlumata görə “İslam-dünyadır” qrupu avtobuslarda, metrolarda və şəhərin digər insanlarla dolu olan yerlərində İslam dinindən olan müxtəli peşə sahibli tanınmış insanların şəkillərini vuracaq.  

Şəkilin yanında “Britaniyalı müsəlman olmağımla fəxr edirəm” yazısı olacaq. Bunda əlavə “İslam-dünyadır”  qrupu ölkənin digər yerlərində də müsəlmanların Britaniya dövləti üçün gördükləri faydalı işlərə aid sərgilər keçiriləcək.  

Bir müddət öncə “İslam-dünyadır” qrupu bir neçə qəzetlərdə müsəlmanların bütün terror aktlarına qarşı çıxdıqları haqqında yazı dərc etdirmişdilər. “İslam-dünyadır”  qrupunun bu aksiyanı başlamasının əsas səbəbi 2005-ci ildə Londonda həyata keçirilmiş terror aktından sonra müsəlmanlara qarşı yaranan inamsızlıq ilə əlaqədardır.     

Baxılıb: 4537

Şərhlər