Sosial şəbəkələrdə yayımla

Bu Yay Sərin Keçəcək!

Azərbaycanda  müasir standartlar səviyyəsində qurulan istehsal sayəsində ən tələbkar dondurma həvəskarlarının zövqünü oxşayacaq çeşidli məsulların bazara çıxarılması ilə Rich SA MMC, bu yay fəslinin yaddaqalan uğuruna imza atır. "- 40 Dərəcə və Soyuq Gəlir" gizli anons mesajı ilə sosial media və çöl reklamında yer alan bu aksiyanın hansı məhsula aid olunduğu indi açıqlandı. 
 
 
Əslində bəzən usandırıcı cənub yayının istisində insana sərinlik bəxş edən dondurma istehsalının tam yerli potensial hesabına həyata keçirilməsi əhəmiyyətli addımdır və idxalı əvəzləmə istiqamətində ciddi fəaliyyət sahəsi kimi yaxın perspektivdə Azərbaycan məhsulu olaraq xarici bazara çıxışa da zəmin hazırlayacaqdır.
Yeni dondurma məhsullarını yüksək keyfiyyət meyarları ilə istehsal edən peşəkarlar, cari mövsümdə  “Bu yay sərin keçəcək” mesajini verirlər və bu istəyin zamanında və aktual olması şübhə doğurmur. Üstəlik, satış nöqtələrinin təzə və keyfiyyətli məhsullarla fasiləsiz təmin edilməsi məqsədi ilə sistemli dağıtımı intensivləşdirirlər. 
 
 
Yerli dondurma şirkəti olan Rich SA MMC-nin istehsal etdiyi Lazzmaster, Umai, Frozzy, Kidda, Homeday markalı çeşidli dondurmaları şəhərimizin bir çox satış nöqtələrində yer alıb və məhsulun keyfiyyətinə dair siz istehlakçılardan gələn geri dönüş - müsbət rəyləriniz dondurmaçıları çox qürurlandırır.
 

 
Rich SA MMC 200-ə yaxın əməkdaşı ilə yeni inşa edilmiş zavodda dondurma istehsalını həyata keçirir. Qeyd edək ki, müəssisə öz istehsal gücünə görə Qafqaz regionunun ən böyük dondurma zavodudur.  
Avstriya, İtaliya və Almaniya avadanlıqları ilə təchiz olunmuş bu istehsal vahidində qeyd olunan ölkələrin texnoloqlarının və peşəkar ustalarının nəzarəti altında gigiyenik normalar çərçivəsində və özəl reseptlərlə dondurmalar istehsal edilir və istehlakçılara təqdim olunur. Dondurma istehsalında istifadə olunan xammalların Avstraliya, Türkiyə, Belçika və digər ölkələrdən gətirilməsi təmin olunur. 
Məhsulun üstün dadı, keyfiyyəti və inqrediyentleri ilə yerli bazara iddialı daxil olan Rich SA MMC, yaxın zamanda ətraf region ölkələrinə də məhsul ixracını həyata keçirmək niyyətindədir.
 

Baxılıb: 509

Şərhlər