Sosial şəbəkələrdə yayımla

“Burger King”dən “McDonald`s”a atəşkəs təklifi

“New York Times” “The Chicago Tribune” qəzetlərində çərşənbə günü yayımladığı tam səhifə reklamları ilə “Burger King”, hər il 21 sentyabr tarixində qeyd olunan "Dünya Barış Günü" münasibətilə əzəli rəqibi olan “McDonald`s”a güclərini birləşdirməyi təklif edib. 
Məqsəd isə bir günlüyünə olsa da, iki şirkətin işçilərinin birliktə çalışacağı, iki markanın ən məşhur məhsulları “Big Mac” və  “Whopper”in kombinasiyasından hazırlanan “McWhopper” burqerini satan bir restoran işlətməkdir. 
 
 
Əgər layihə gerçəkləşərsə, satışlar sonunda əldə ediləcək pul, BMT-nin tərkibində fəaliyyət göstərən  “Peace One Day” qrupuna bağışlanacaq. 
“New York Times”dan verilən xəbərdə həmçinin qeyd edilir ki, “McDonald`s” movzu ilə əlaqəli açıqlama verməkdən imtina edib. 
 

Baxılıb: 3849

Şərhlər