Bəs biz dözümlü xalq idik axı!?
Sizcə ölkəmizdə marketerlərin marketinq mövzusunda ən sevdiyi sayt hansı ola bilər? Bəs sevmədiyi?
4-cü ildir ki, "bazar"dayıq. Müşahidələrim onu göstərir ki, bizim ölkədə marketerlərin ən sevdiyi və sevmədiyi sayt kateqoriyasının hər ikisində mak.az liderlik edir.
Elə ki, təriflər yağır və təqdirlər başlayır hamı mak.az barəsində xoş məramını bildirir. Bir balaca tənqid olan kimi artıq vəziyyət başqa istiqamətə yönəlir. Hal-hazırda çox açıq şəkildə deyə bilərəm ki, onlayn dərgimiz bir neçə böyük holdinq və şirkətdə düşmən cəbhəsi kimi izlənilir. Buna səbəb tənqid və ona dözümsüzlükdür. Halbuki edilən bütün tənqidləri, təhlilləri audit və konsaltinq xidməti kimi dəyərləndirib çoxdan milyonumuzu tələb edə bilərdik.
Niyə tənqid zamanı şirkət nümayəndəsi bu qədər dözümsüzlük göstərir?
Loyallıq vs. Səriştəsizlik.
Təqdirəlayiqdir ki, şirkət nümayəndəsi əsasən də marketer şirkətinin maraqlarını və imicini yüksək tutmaq üçün laqeyd qalmır və mövqelərini qorumaq üçün müzakirələrə qatılır. Lakin bu müzakirə və loyallıq səriştəsiz marketerin gördüyü işin mənfi tərəflərinin ört-basdır edilməsi uğrunda aparılmamalıdır. Dəfələrlə şahidi olduğum hadisələrin sizinlə bölüşmədiyim bir neçə məqamını da qeyd etmək istəyirəm. Vaxt olub ki, onlayn dərgimizə agentlik gördüyü işi göndərib, üzərindən yarım saat keçməmiş bu xəbər saytdan yığışdırılıb. Olub ki, şirkətin PR şöbəsi Marketinq şöbəsi ilə anlaşa bilməyib və bizimlə əməkdaşlıqdan uzaqlaşıb. Səbəb? “Birdən orda bizi tənqid edərlər, yaxşı deyil filankəs müəllim bizə od tutar”.
Şəxsi qəbuletmə.
Tənqidlər şəxsi olaraq qəbul olunur. Əslində isə işlər müzakirə olunur. Dizayn tənqid olunarkən, marketerin sifət çizgiləri müzakirə olunmur. Bunu birmənalı olaraq bu cür qəbul etmək və dəyərləndirmək lazımdır. Yəni bir çoxumuzda olan yersiz qürur əlamətləri də bu müzakirələrdə özünə geniş yer tapır. Əslində bəzən tənqidlərin ağırlığı işin arxa planında olanlar barədə məlumatsızlıqla birbaşa bağlı olur. Çünki hər hansı bir işin ərsəyə gəlməsi üçün istifadə olunan resurslar və şərtlər bilindiyi təqdirdə ona münasibət və tənqidin də obyektivliyi artmış olur. Bu səbəbdən görülən işlərin məqsəd və məramı, hədəfləndiyi kütlə, istifadə olunan resurslar gizli saxlanılmamalıdır.
Tənqid olar, baxır kim edir...
Bu mövzuda 3 mövqe var... Tənqidi normal qəbul edən, heç qəbul etməyən və bir də tənqidi növlərə ayıran. Növlərə ayıran isə adətən özü passiv olur, bu passivlər isə məhz normal tənqidin olmadığını iddia edənlərdir. Bir məsələdən əmin olmaq lazımdır ki, Mak.az olaraq mövzu ilə əlaqəsi olmayan şərhlər və tənqidlər xəbərdarlıq edilmədən silinməyə başlanılıb. Bu səbəbdən kompetensiya məsələsinə ilişib qalanlar bəhanələrini aradan götürməlidir. Mövqesizlik səhv mövqeyə malik olmaqdan daha pisdir. Çünki ikincinin düzəlmək ehtimalı var.
Bu ilki prioritet sağlam tənqiddir.
Kim deyir ki, heç kim səhv etməyəcək, ələlxüsus da bizim ölkədə. Vur-tut bu marketinqin 15 yaşı olar Azərbaycanda ya yox... Səhv də olar, düz də olar, buna sağlam və konstruktiv yanaşmanı öyrənmək lazımdır.
Bu ilin əvvəlində Mak.az olaraq prioritetləri müəyyən edərkən tənqidə daha çox yer ayıracağımızı özümüz üçün müəyyən etmişdik. Yəni indiyə qədər olan tolerant və yumşaq kontent siyasətimizi dəyişərək sağlam və konstruktiv təhlilə əsaslanan tənqidə açıq məzmuna keçməyə qərar verdik. Bu ilin əvvəlindən bir çox böyük şirkətlərin rəhbərləri ilə görüşümdə bu məqama toxundum. Çox məmnun şəkildə qeyd edə bilərəm ki, Azercell, Bakcell, Coca-Cola, Unibank, Apple, Maxmedia, Cinealliance, PeopleBrand və bir neçə şirkət bu təşəbbüsümüzə qoşularaq bu yolda görüləcək işlərdə dəstək olacaqlarını dilə gətirdilərlər.
Parketinq.Com
Məsələnin sadəcə prioritet elan olunub, planlama səviyyəsində qalmadığını qeyd edərək Parketinq.Com ilə olan münasibətlərə aydınlıq gətirməklə fikirlərimi tamamlamaq istəyirəm. Qeyd olunan sayt daha çox tənqidə yönəlmiş bloqdur. Mak.az olaraq bu bloqa ideya və fikir dəstəyi veririk və bununla da ölkə marketinqində yeni araşdırmaçı gözü ilə də yanaşılan tənqidçi baxışları da inkişaf etdirmiş oluruq.
Beləliklə...
Gördüyümüz işin böyük hissəsi tənqid və Azərbaycan şirkətlərində, xüsusilə marketerləri arasında tənqidə dözümlülüyün artırılması olsa da məqsədimiz bu deyil. Bəzən tənqidədözümlülük tənqidin qulaqardına vurulması həddində də ola bilir. Mak.az-ın məqsədi isə tənqiddən nəticə çıxaran cəmiyyətdə marketinqin inkişafına nail olmaqdır.
Baxılıb: 9225
Şərhlər (23)
Bölünək, yoxsa şaxələnək? )))
bir az kobudcasına olsa da )))
Bütün marketerlər/dizaynerlər öz işlərini müdafiə edərkən, sanki 2+2=4 olduğunu bilən riyazıyyatçı kimi özlərinin vəkilliyinə girişirlər.. Ama marketingdə cavab yanaşmadan asılı olaraq 3.5 də ola bilər 4.5 də.. )))
Cavan oğlan, fikirinizi əsaslandıra bilərsiniz? Hansı tənqidimi nəyə görə səviyyəsiz hesab edirsiniz?
P.S. Əsaslandırmasanız sizinki oldu Sözbazlıq :)
Bunun nəyi təhqirdir ki? Mən Akkordun marketinq kommunikasiyasının səviyyəsindən danışıram. Elə bircə TaleH bəsdir də bu reklamı Səviyyəsiz adlandırmaq üçün. Çünki, bu təsadüfi səhv deyil. Hələ mən bu yolla mənzillərin satışının nə dərəcədə effektiv olub-olmamasından danışmıram.
Sonda yaxşı bilmədiyim doğma dilimiz üzrə kiçik bir likbez (exclusive olaraq MeTheArt üçün). Burada kiminsə fəaliyyətini şərh etdikdə:
Səviyyəsizlik - nəyinsə keyfiyyətcə son dərəcədə aşağı səviyyədə olması deməkdir. Əgər hansısa işə Səviyyəsiz deyilirsə işin keyfiyyəti nəzərdə tutulur, o işi görənin şəxsi keyfiyyətləri yox.
- Akkord - Səviyyəsizlikdə yeni rekord!
Chox xoshuma geldi bu :))) Mence, bu barede bir movzu achilmalidir forumda. Hansi ad daha chox ishlenir ve ya bu operatorun adi daha chox hansidir?
Azerfon-Vodafone-NarMobile hanı? Və ya hardadılar... :)