Sosial şəbəkələrdə yayımla

CATEL TELEFON NÖMRƏLƏRİNDƏ DƏYİŞİKLİK EDİR

«Catel»in 040 202-lə başlayan nömrələrində aylıq abunə haqqı olmayacaq. Abunəçilər «Bərabər.az» tarif paketinə keçiriləcək.
Qeyd edək ki, «FONEX» hazırkı xidmətlərin tətbiqi çərçivəsində abunə haqqısız və Azərbaycanın bütün operatorları istiqamətində dəqiqəsi 10 qəpik olmaqla bərabər danışıq qiyməti ilə yeni «Bərabər.az» tarif planını təklif edir.

«FONEX» abunəçiləri üçün 153 kbit/saniyəyə qədər sürətlə İnternetə qoşulmağa imkan verən «Mobil İnternet» xidməti göstərir. Bundan əlavə, «FONEX»in gələcək planlarına WAP (mobil telefondan melodiya, şəkil və digər məlumat resurslarını əldə etmək), SMS Gateway (digər mobil rabitə operatorları ilə SMS mübadiləsi), «Call register» (cavablandırılmamış zəng haqda məlumat), «Voice Mail» (səsli poçt) və bazarda tələbat olan digər qabaqcıl xidmətlərin təqdim olunması daxildir.

Qeyd edək ki, «Catel» BM-nin təsisciləri Azərbaycan hökuməti və ABŞ-nın «Omni/Metromedia Caspian Ltd.» konsorsiumudur və hər iki tərəfin iştirak payı 50%-ə bərabərdir. «Catel» BM Azərbaycan telekommunikasiya bazarında 1999-cü ildən simsiz rabitə operatoru kimi fəalliyət qöstərir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrında «Catel»ə CDMA (Code Division Multiple Access) standartlı mobil xidmətinin göstərilməsi üçün lisenziya verilib. «Catel» Azərbaycanda CDMA xidməti göstərən yeganə mobil telefon operatorudur. /apa economics

Baxılıb: 5457

Şərhlər