Sosial şəbəkələrdə yayımla

Chevrolet Lacetti yeniləşməyə və adını dəyişməyə hazırlaşır

General Motors kompaniyasının mühəndisləri yeni modelin sınağına başlayıblar. Bu, üçüncü nəsil Chevrolet (Daewoo) Nubira/Lacetti avtomobillidir. Nyurburqrinq trasında sınaqdan keçirilməkdə olan yeni modelin gizli çəkilmiş fotoşəkilləri həftənin sonunda bir neçə xarici nəşrdə çap olunub. Yeni sedanın və hetçbekin modernləşdirilmiş platformada hazırlanacağı və kuzovun tamamilə yeni dizayna malik olacağı gözlənilir. Lacetti/Nubira modelinin xarici görünüşü daha iri modelin – Chevrolet Epica avtomobilinin üslubunda olacaq. Yeni modeldə əsas faralar daha ifadəli, radiatorun barmaqlıqları daha geniş, kapot isə daha qabarıqdır.

Bəzi məlumatlara görə General Motors bu modeldə adından imtina etmək barədə də düşünür, səbəb ehtiyat hissələrin təchizatı ilə bağlıdır. Buna görə də yeni avtomobilin bütün bazarlara, o cümlədən Avropa və MDB bazarlarına Chevrolet Nubira adı ilə çıxarılacağı istisna olunmur.

Baxılıb: 5154

Şərhlər