Sosial şəbəkələrdə yayımla

CISCO BAKUTEL-2007 SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK

Cisco şirkəti 13-cü beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” adlı sərgi və konfransda iştirak edəcək. Sərgi 21-24 noyabr tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq və dünyanın 30 ölkəsindən 150 şirkəti cəlb edəcək. BakuTel-2007 sərgisi zamanı Cisco şirkəti öz stendində unifikasiya edilmiş texnologiyalar və informasiya təhlükəsizliyi (özünü qoruyan şəbəkə sahəsində Cisco-nun strategiyası) sahəsində öz son nailiyyətlərini nümaiş etdirəcək, həmçinin maliyyə və neft sektorları, o cümlədən rabitə operatorları üçün öz həllərini təqdim edəcək.
Sərgidə iştirak etmək məqsədilə Bakıya Cisco-nun Avropa, ABŞ və MDB ofislərini təmsil edən 30 nəfərə yaxın nümayəndə heyəti gələcək. Nümayəndə heyətinə Cisco-nun inkişaf edən bazarlar üzrə prezidenti Pol Montfordun (Paul Mountford) başçılıq edəcəki. Onunla birgə Azərbaycana Robert Eyci (Robert Agee, Cisco-nun MDB ölkələri üzrə vitse-prezidenti) və bir neçə aparıcı rusiya top-menecerləri də təşrif buyuracaqlar. Sərgi çərçivəsində P. Montford  dövlət strukturlarında görüşlər keçirəcəkdir. O, həmçinin Cisco-nun əsas müştəriləri və tərəfdaşları ilə görüşəcək.  Şirkət ilk növbədə respublika hökuməti olmaq şərtilə, müxtəlif mülkiyyət formalı təşkilatlarla əməkdaşlığını inkişaf etdirmək niyyətindədir. Xatırladaq ki, ötən il BakuTel-2006 zamanı P. Montfordun respublika prezidenti ilə analoji görüşü keçirilmişdir. Həmin görüş zamanı yaxın illər üçün nəzərdə tutulan və hər iki tərəf üçün faydalı olacaq əməkdaşlığın inkişaf istiqamətləri təyin edilmişdirlər.
Cisco-nun əməkdaşları BakuTel-2007 konfransının işində də fəal iştirak edəcəklər. Şirkət nümayəndələrinin məruzə ilə çıxış edəcəkləri planlaşdırılır: “Dövlətin rəqabət qabiliyyətini artırmaq məqsədilə informasiya və kommunikasiya texnologiyalar rolunun gücləndirilməsi”. Prezentasiya çərçivəsində yeni nəsl informasiya şəbəkəsinin yaradılması zəruriyyəti müzakirə ediləcək. Sözügedən şəbəkə milli iqtisadiyyatın əsas sahələrinə yardım göstərə biləcək və əhali, iri, orta və kiçik biznes müəssisələri üçün bir çox müasir xidmətləri təmin edəcək. 
Telekommunikasiya sahəsində mövcud olan ciddi problemləri müzakirə etmək məqsədilə BakuTel-2007 çərçivəsində iştirakçılar üçün müxtəlif müzakirələr və dəyirmi masalar təşkil olunacaq. Bu ilki sərgi zamanı Azərbaycanda ilk telefon xəttinin keçirilməsinin 125-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans da təşkil olunacaq. Konfransda 300-dən çox nümayəndənin iştirakı gözlənilir.
BakuTel – Azərbaycan Respublikasının prezidenti Zati-Aliləri İlham Əliyevin himayəsi altında keçirilən illik beynəlxalq telekommunikasiya sərgisi və konfransıdır. Tədbirin təşkilatçıları: ITE Group Plc. şirkəti və onun Mərkəzi Asiya və Qafqaz üzrə tərəfdaşı olan İteca şirkətidir. Hər il sərgi zamanı informasiya və kommunikasiya texnologiyaları sahəsinin dünya üzrə aparıcı şirkətləri öz son nailiyyətlərini təqdim edir, həmçinin yeni məlumatlarla bölüşürlər.  BakuTel-2007 sərgisində iştiraka etməyə dair ətraflı məlumatı http://www.bakutel.az/ru/2007/ saytında tapa bilərsiniz. 

Baxılıb: 4987

Şərhlər