Sosial şəbəkələrdə yayımla

CISCO TÜRKIYƏDƏ HƏYATA KEÇIRILƏN DƏYIŞIKLIKLƏRƏ YARDIM EDIR

2007-ci ilin may ayında Türkiyənin Təhsil Nazirliyinin texnoloji şöbəsi və Türkiyə informasiya fondu cari ilin sonunadək 21, növbəti 5 il ərzində isə daha 200 yeni Cisco® Şəbəkə Akademiyalarının açılması planları haqqında məlumat yaydılar. Yeni akademiyaların açılması üzrə planlar Cisco şirkətinin direktorlar şurasının sədri, Cisco-nun Baş Icraçı Direktoru cənab Con Çembers (John Chambers) və Türkiyənin Baş Naziri cənab Ərdoğanın niyyətlər protokolunu imzaladıqlarından sonra gündəmə çıxdılar. Protokola görə, Cisco şirkəti gələcək 5 il ərzində Türkiyə iqtisadiyyatına 275 milyon ABŞ dolları məbləğində vəsait qoyacaq.  Həmin vəsait ölkənin inkişaf prosesini informasiya texnologiyalarının yardımılə sürətləndirilməsi, həmçinin innovasiyalar mərkəzinin və sahibkarlıq institutunun tikilməsi, maliyyə xidmətləri və lizinq, təhsil sisteminin inkişafı və peşəkar mütəxəsislərin əmək haqqlarının ödənilməsi üçün ayrılacaqdır. <?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" /><o:p></o:p>

Son illər Türkiyədə müşahidə edilən iqtisadi artım templəri dünyada ön sıralardadır. Bu günlərdə ümumi ÜDM göstəricilərinə görə, Türkiyə iyirmi inkişaf etmiş ölkələr siyahısındadır. Türkiyənin “Qaranti-Bank” və İstanbul şəhəri polis idarəsi kimi təşkilatları informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində dünyada liderlərindən hesab edilirlər. Ötən il “Qaranti-Bank” Cisco-nun verilənlərin saxlanılma şəbəkələri, verilənlərin emalı mərkəzlərinin kommutasiya sistemləri və inteqrasiya edilmiş təhlükəsizlik texnologiyaları üçün nəzərdə tutulmuş həlli əsasında özünün verilənlər emalı mərkəzinin şəbəkəsini təkmilləşdirdi. Yeni şəbəkə infrastrukturu banka xidmətlər çeşidini genişləndirməyə, çoxkanallı bank texnologiyalarını istifadə etməyə və tənzimləyici qurumların tələbatlarını ödəməyə yardım edir. Eyni zamanda İstanbul şəhərinin polis idarəsi öz istifadəsi üçün elektrom məlumat və təhlükəsizliyin mobil sistemini yaratmışdır. Həmin sistemə şəhərin strateji nöqtələrində yerləşdirilmiş və Cisco şəbəkəsinə birləşdirilmiş 700 videomüşahidə kameraları daxildir. <o:p></o:p>

<o:p></o:p>

Cisco şirkəti Türkiyə bazarına 1996-ci ildə çıxmışdır. O zamandan ölkədə, təxminən 6500 tələbəni qəbul etmiş, 50 Şəbəkə Akademiyası açılmışdır. Türkiyədə Cisco Şəbəkə Akademiyaları məzunlarının sayı 5800 nəfəri keçmişdir. Bununla belə, İDC-nin verdiyi məlumatlara görə, Türkiyədə yüksək iqtisadi inkişaf templərinin dəstəkləməsi və güclü informasiya və texnoloji sahənin yaradılması üçün artıq bu il 40 mindən çox şəbəkə texnologiyaları üzrə mütəxəssisə ehtiyac var. Bununla əlaqədar olaraq, gənc nəsl arasında informasiya və texnoloji biliklərin və qabiliyyətlərin yayılması məqsədilə Cisco şirkəti Türkiyədə müvafiq proqramı işə salmışdır. Proqram gənclərin prestijli və yüksək maaşlı işlə təmin olunması üçün şanslarını artırır və şəhər və qəsəbələrin ümumi rifahının artırılmasına yardım edir.  Birinci il ərzində Ankara, İstanbul və İzmir şəhərləri daxil olmaq şərtilə, Türkiyənin 5 şəhərindən 16-26 yaş arasında olan 100 vətəndaş bu proqramın iştirakçıları olacaqlar. Onlar Şəbəkə Akademiyaların "IT Essentials 1" (“İnformasiya Texnologiyalarının Əsasları”)CCNA® (Cisco Certified Network Associate -  “Cisco-nun Şəbəkələr üzrə Sertifikatlaşdırılmış Mütəxəssisi”) proqramları üzrə ikiillik tədris kursunu keçəcəklər. Bu layihəyə könüllü müəllimlər cəlb ediləcək. Tələbələr Cisco Şəbəkə Akademiyasının labaratoriyalarına pulsuz giriş əldə edəcəklər. Layihə Cisco şirkəti və, Türkiyədə Şəbəkə Akademiyalarının inkişaf planını dəstəkləyən, BMT İP tərəfindən maliyyələşdirilir. <o:p></o:p>

<o:p> </o:p>

Avropa və sürətlə inkişaf edən bazarlar üzrə Cisco şirkətinin Şəbəkə Akademiyaları Proqramının direktoru cənab Con Edvards (John Edwards) qeyd edir ki, “Türkiyə dəyişikliklərin zirvəsindədir. Bunun üçün Türkiyəyə şəbəkə və digər müasir texnologiyalar sahəsində fəaliyyət göstərə biləcək peşəkar mütəxəssislər lazımdır. Şəbəkə Akademiyaları Proqramı və digər maarifləndirici layihələr, informasiya texnoloji sahəsinin və müasir texnologiyalarla bağlı olan digər sahələrin inkişafı və artırılması üçün zəruri hesab edilən peşəkar işçi resurslarının formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”.<o:p></o:p>

Baxılıb: 4988

Şərhlər