Sosial şəbəkələrdə yayımla

CISCO TICARƏT MARKASININ DƏYƏRI 19,1 MILYARD DOLLARDIR

Cisco ticarət markasının dəyəri 19,1  milyard dollardır
 
Cisco brendi artıq yeddi ildir dünyanın iyirmi  ən dəyərli ticarət markaları sırasına daxildir
 

 

Cisco ticarət markasının dəyəri 9% artaraq 19,1 milyard dollara çatmışdır. Nəticədə, Cisco ticarət markası ardıcıl olaraq, yeddi il ərzində “Biznesuik” jurnalının rəyinə görə dünyanın iyirmi ən dəyərli ticarət markaları sırasına daxil olur.

Cisco-nun marketinq üzrə baş direktoru Syu Bostromun (Sue Bostrom) sözlərinə görə, “Ticarət markası – şirkətimizin vacib aktivlərindəndir. Dünya səviyyəli məhsullar, istedadlı və ümumi fəaliyyətə sadiq əməkdaşlar, düzgün strategiya – bunların hamısı brendimizi dünyada ən yaxşılarından edən faktorlardır”.

Cisco-nun korporativ marketinq üzrə vitse-prezidenti Merilin Merseronun (Marilyn Mersereau) sözlərinə görə, “Cisco ticarət markasının dəyəri sadəcə elan və onun irəliləməsinə sərf edilən səylər üzərində qurulmur, o, bir çox hallarda müştərilərlə həyata keçirilən çoxillik zəhmətli fəaliyyət nəticəsində qazanılan yüksək etibardan asılıdır. Maraqlıdır, lakin bu faktdır: brendimiz hətta çoxişlənən malların satılmasılə məşğul olan şirkətlər arasında da yüksək qiymətləndirilir. Cisco-nun insanları birləşdirən şəbəkənin qurulması, və unifikasiya edilmiş texnologiyalar və Cisco telepresence kimi məhsulları və texnologiyalarının hazırlanması kimi təşəbbüsləri onu göstərir ki, şirkətimiz insanlar arasında mövcud olan əlaqənin təkmilləşdirilməsi üzərində təkidlə işləyir”.

Cisco-nun brend strategiyası üzrə məsələlərinin baş direktoru Monika Malbri (Monique Mulbry) qeyd edir ki, “Əvvəllər Cisco ticarət markası texniki mütəxəssislərə və iri korporasiyalara istiqamətlənirdi. Maraq dairəmizə kiçik və orta müəssisələri, həmçinin fərdi istehlakçıları daxil edərək, marketinqə və ticarət markasına olan yanaşmamızı dəyişməyə bilməzdik. Bu istiqamətdə ilkin addımımız insanları birləşdirən şəbəkə və loqotipin dəyişdirilməsi fikri olmuşdur. Bu brendimizin dəyərinin artırılmasına təsir etmişdir”.

2007-ci ilin 26 iyul tarixində “Bizneuik” jurnalı tərəfindən dərc edilmiş ticarət markalarının illik icmalı “Interbrand Corporation” qlobal konsaltinq şirkətilə yaxın əməkdaşlıq çərçivəsində yaradılmışdır. Interbrand Corporation şirkəti korporativ brendlərin dəyərlərini  açıq məlumat, dərc edilən gəlirlər proqnozları və bazar liderliyi kimi göstəricilər əsasında hesablayır.

Baxılıb: 5185

Şərhlər