Sosial şəbəkələrdə yayımla

“Coca-Cola”nın qeyri-adi reklam aparatı

"Taste the Feeling" kampaniyası çərçivəsində “Coca-Cola”nın Sinqapur şöbəsi avtomobil dayanacaqlarında yoldan keçənlərə qiflər və pulsuz kuponlar paylayan qeyri-adi reklam aparatları yerləşdirib. Aparatdan istifadə etmək üçün ona hər hansı bir qırmızı rəngli əşya göstərmək lazımdır. Daha sonra aparat şəkil çəkir və animasiyalı şəkil hazırlayır. İstifadəçi smartfon ilə aparat arasında əlaqə yaradaraq şəkili əldə edir. 
Bundan əlavə bonus olaraq bütün istifadəçilər pulsuz "Coca-Cola" qazanmaq üçün kupon əldə edirlər. 
Yeni konsepsiyanın hazırlanması zamanı eyni anda 4 agentlik birgə çalışıb: Mercado-McCann, Santo, Sra. RushmoreOglivy
 

Baxılıb: 4080

Şərhlər