Sosial şəbəkələrdə yayımla

Coca Cola və Nestleyə qarşı Pepsi və Lipton

Belə görünür ki, 1991-ci ildən davam edən əməkdaşlıq daha da möhkəmlənəcək. Pepsi ilə Lipton arasında maketinq, distribütorluq və satış fəaliyyəti ilə əlaqədar mövcud olan əməkdaşlıq daha yeni 11 ölkədə - Almaniya, İtaliya, Niderland, Fransa, İsveçrə, Avstriya, Belçika, Portuqaliya, Koreya, Tayvan və Cənubi Afrikada da davam edəcək. 2006-cı ildə adı qeyd olunan ölkələrdə Lipton markasının toplam satışı 300 milyon avro həcmində olmuşdur.
Unilever şirkətinin birgə satış fəaliyyətindəki payı 50%dir.

PepsiCo İnternational şirkətinin icraçı direktoru Maykl Uayt Lipton ilə əməkdaşlığa çox önəm verdiklərini qeyd edir.
Ekspertlər ehtimal edir ki, Unilever şirkəti ilə əməkdaşlığın daha da sıx olması Coca Cola və Nestle əməkdaşlığına hücum xarakteri daşıyır.

Baxılıb: 5092

Şərhlər