Sosial şəbəkələrdə yayımla

“Coca-Cola”dan yeni qlobal qablaşdırma

“Coca-Cola” yanvar ayında dünyaya tanıtdığı “tək marka” strategiyası çərçivəsində bazar ertəsi günü təşkil olunan bir iclasda qlobal olaraq qablaşdırma dizaynının dəyişəcəyi barədə məlumat verib. “Coca-Cola”, “Coca-Cola Light”, “Coca-Cola Zero” və “Coca-Cola Life” markaları artıq yeni qablaşdırmalarda bazara çıxarılacaq. Yeni dizaynlı "Coca-Cola"lar bu il və gələn il ərzində fərqli ölkələrdəki rəflərdə öz yerini alacaq.
“Tək Marka” qablaşdırma dizaynı üçün “Coca-Cola”nın qlobal dizayner komandası Sommerville-in liderliyində BVD (Stokholm), Tatil (Rio De Janeyro), SDL (Stokholm), Moniker (San-Fransisko), Hey Studio (Barselona) və United Design (San-Fransisko) olmaqla altı fərqli qlobal agentlik ilə çalışılıb. 
 

Baxılıb: 3605

Şərhlər