Sosial şəbəkələrdə yayımla

Coca Cola-dan yeni sərinləşdirici içəcək - Kvas

"Кружка и бочка" adlı bu yeni brend Rusiya bazarı üçün nəzərdə tutulub. Rusiyanın bütün bölgələrinə bu ilin sonuna qədər yeni məhsulu satışa çıxartmağı planlaşdıran şirkət qazlı içəcəklər biznesini genişləndirməyi planlaşdırır. Belə ki, yerli sahibkarlarla ortaq layihələr üzrəində işlər aparılır.
Hal-hazırda Coca Cola Rusiyada 13 zavoda malikdir, şirkətin illik dövriyyəsi 24 milliard ABŞ dollarıdır və bunun 1 milyarda yaxını Rusiyanın payına düşür.

Baxılıb: 5058

Şərhlər