Sosial şəbəkələrdə yayımla

Coca Colanın yeni CEO-su türk olacaq

2008-ci il iyul ayının 1-i tarixindən Coca Cola şirkətinə rəhbərlik edəcək olan Muxtar Kent 1978-ci ildə Coca Cola ailəsinə daxil olub. Müxtəlif vəzifələrdə çalışam Muxtar Kent 1999-cu ildə Türkiyədə "Efes İçecek Grubu’nda" rəhbərlik edir. 2005-ci ildən isə yenidən Coca Colaya dönərək Asiya və Yaxın Şərq ölkələrinin rəhbərliyini aparırır. 2006-cı ildə Coca-Cola International’ın rəhbərliyinə dəvət alaraq, yüksək menecment postuna sahib olur. İngiltərədəki "Hull Üniversity"dən məzun olan Kent, MBA dərəcəsini "City University of London"da almışdır. Yeni vəzifəsi ilə əlaqədar Kent "Mənim üçün çox böyük bir şərəf. Bütün arzum daha çox Türk’ün beynəlxalq şirkətlərin başına keçməsidir” deyə qeyd edib.

Baxılıb: 4773

Şərhlər