Sosial şəbəkələrdə yayımla

Copy Paste Bazarlama

Yeri, yeri… Mən də gəlim dalınca!
Və ya  Copy Paste bazarlama


Google AdWords-dən sitat gətirib keçəcəm mövzuya... Azercell, Bakcell, Nar Mobile: hamısının Google açar sözləri arasında Zengimcell mutləq var. Həm də Bakcell Nar Mobile’da daha çox. 3-cüsü çox daha çevik tərpənərək, hətta Zengimcell sözünün hər cür yazılışını açar sözlər sırasına salıb: zengimcel, zengimsell, zengimsel və s. Müvafiq olaraq, Google’da Zengimcell yazan kimi də “operatorlar dostlugu” açılır:

Zengimcell/Azercell/ Bakcell/ Nar Mobile/
Bakcell zengimcell kodları
Nar mobile zengimcell

Və s. Və i. Ən gülməlisi isə odur ki, hətta Bakcellin Meloton xidməti və Nar Mobile’in Dinlət xidməti  Azercell abonentləri üçün yazdırılmış (məhz yazdırılmış) “Bu Zengimcell’i sənə görə qoymuşam” mahnısını satır. Əslində, kəsə bazar yolu anlamında bunu başa düşmək də olar: Lider operatorun ugurla təqdim etdiyi, illərlə tanıtdıgı və dillərə düşən Brendinin adı altında analoji məhsulu satmağı... Amma di gəl “Pampers”  heç vaxt vitrinində Huggies bezlərini satmaz axı... Və ya Google’da İpad  yazanda bütün toxunaqlı məhsullar çıxmır ki... Bu nədən qaynaqlanır? Bizdə Bazar etikasının olmamasındanmı, Azərbaycan bazarçılarının daha “bic” olmasındanmı, yoxsa bizə görə bunun tamamən normal sayılmasındanmı?! Və görəsən, analoji hal başqa ölkələrdə olsaydı, necə qarşılanardı, hansı addımlar atılardı?!  Birini bilirəm. Turkiyədə illər əvvəl buna bənzər, amma bundan da betər bir fakt qeydə alınmışdı (Burda yazmaq istəmirəm, çünki həmən bizdəki ayıqlar götürüb eynisini təkrar edərlər). Və o faktın üstü açılanda çözüm yolları məhkəmələr, təzminatlar olmuşdu ki, obyektiv- subyektiv səbəblərdən bizdə belə yollara əl atılmır, yəqin ki, heç vaxt da atılmayacaq.
Təbii ki, uğurun dalınca getmək çox asandı.  Azercell RBT’ni bazara təqdim etdi. Azərbaycan abonenti üçün yetərincə yeni və ilk dövrlərdə tam anlaşılmayan xidməti. Amma ugurlu reklam və marketing sayəsində Zengimcell tez brendləşdi, digər ölkələrlə müqayisə olunmaz dərəcədə uğur qazandı . Və digər operatorlar rahatlıqla o cığırdan getdilər. Maşın aldılar və getdilər. Benzinsiz filansız.

Təqdimat – Azercell etmişdi
Reklam – Azercell etmişdi
Abonent arzusu – Azercell yaratmışdı
Təcrübə - Azercell göstərmişdi...
Texniki baxımdan işə saldılar vəssalam.  

Nə bazar  araşdırmasına, nə auditoriyanı müəyyənləşdirməyə, nə strategiya hazırlamağa, nə istəkləri izləməyə gərək vardı. Hər şey hazır idi. Hətta abonent beynindəki AD belə.
Əslində, izləmək tendensiyası bütün sahələrdə yayğın marketing açarlarından biridir. Bazarda ugur qazanan məhsulun, tezliklə bənzərləri, geydirmələri  çıxır. Və onlar birincilərə nisbətən olduqca az xərc çəkir, olduqca asan qazanır.  Amma xidmət sektorunda bu daha asan, daha nəzərə çarpıcıdır. Çünki, Jale Lipton Ice-Tea’ni gətirib öz anbarına qoya bilməz. Ona görə zəhmət çəkib, öz buzlu çayını düzəldir. Amma  tanıtmağa əziyyət çəkmir. Onsuz da Ice-Tea axtaranın qabağına çıxacaq. Xidmətlər isə asanca köçürülə (kopyalana) bilirlər.
 
Marketologlar bəzən buna “”me too marketing” də deyirlər. Amma bununla irəli keçmək olmaz ki... dalca getmək olar.   
Bəlkə, elə bu üzdən 3G texnologiyası artıq uzun müddətdir Azərbaycan bazarında varsa da, yetərincə tanınmayıb. Hələ bazara heç bir normal 3G xidmət təqdim edilməyib. Bəlkə, 3G-li Nar Mobile özü də Azercell’ə 3G lisenziyası verilməsini gözləyir ki, cana-qana gəlsin... Azercell Azərbaycana  3-cü nəsil VAS xidmətlər Gətirsin, örnək Göstərsin  və  o da dalınca Gəlsin... Bu 3 G-li cümləmlə bitirmək istədim yazımı! Xidmətkar olun! Sözün özül mənasında!
 

Baxılıb: 3907