Sosial şəbəkələrdə yayımla

Cəbhə bölgələrində yaşayan Bakcell və Azercell abunəçilərinin nəzərinə!

Bakcell şirkəti cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan Bakcell abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib. Bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) Bakcell abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir! 
 
 
Eləcə də Azercell şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə, Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir. 
Abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən Azercell-in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Azercell-in hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. 
Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib.Azercell-in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.
 

Baxılıb: 3432

Şərhlər