Sosial şəbəkələrdə yayımla

Dünyanın ən bahalı şirkəti Çindədir

Çinin nəhəng “Petroçayna” dünyanın ən bahalı şirkəti olub. Şanxay birjasinda onun aksiyalarının satışı zamanı şirkətin kapitalı bir trilyon 100 milyard dollara çatıb. Bu 760 milyard avro deməkdir. Bununla da Petroçayna əvəlki lider Amerikanın “Eksonmobil” şirkətindən iki dəfə baha olub.

Petroçaynanın prezidenti Dzan Dzenin bildirib ki, şirkətin öz milli fond bazarına qayıtması daha yaxşıdır. “Biz ümid edirik ki, səhmlərin dərəcələri daha da artacaq. İnkişaf edəcəyik və dünyada şirkətin mövqeyini və təsir gücünü artıracayıq. Biz arxayınlıqla çinli investorlarla uğurumuzu bölüşə bilərik” – deyə Dzan Dzenin bildirib.

Qeyd edək ki, Neft Qaz şirkəti olan Petroçayna dövlət konserni Si Em Pi Sinin filialidir. Artiq onun səhmləri Nyu York və Honkonq birjalarında satışa çıxarılıb. Lakin Şanxaydakı ilk addım şirkətə 6 milyard avro gəlir gətirib. Belə ki, şirkətin səhmləri 3 dəfə bahalaşıb. Bu isə bu il üçün dünya bazarında ən böyük ilkin səhm yerləşdirilməsidir. /ANS TV/

Baxılıb: 4885

Şərhlər