Londona son səfərim zamanı başıma maraqlı bir hadisə gəldi. Məni tanıyanlar bilir ki, hər bir səfər mənim üçün qəribə hadisələrlə zəngin olur. Bu dəfə London metrosu ilə mə
rkəzə qədər gedərək “Pikkadilli” stansiyasında endim. Eskalatorla yuxarı qalxanda bir nəfərin mənə diqqətlə baxdığını gördüm. Baxış o qədər diqqətli idi ki, məndə durub həmin adama diqqətlə baxmağa başladım. Baxdığım adamın gözəl xanım olması bir yana, həmçinin mənə çox tanış gəlməsi onun kimliyinə dair maraq oyatdı. İlk sualı da o verdi: “siz Rüfət Abbasovsunuz? Mənim adım Sabina Raxçayevadır, biz Facebook-dan dostuq, mən sizin postlarınızı oxuyuram”. Cavab olaraq məndə Nyu-Yorkun Musiqi Akademiyasında təhsil almış ilk azərbaycanlı musiqiçinin fəaliyyətini izlədiyimi, İsfar Sarabskiylə konsertindən xəbərdar olduğumu bildirdim və biz Blackberry Messenger pinlərimizin mübadiləsini edib, bir gün sonra qəhvə içmək üçün görüşdük. Beləcə, həyatımda növbəti dəfə yeni media anlayışına daxil olan sosial şəbəkə sayəsində çox maraqlı dostluq yarandı.
Yeni media və ya Elnur Aslanovun Facebook-dakı postunda qeyd etdiyi kimi “şəbəkələrin geosiyasəti” dövrü şəksiz ki, həyatımızı dəyişdirməkd

ədir. Biz bu dövrün
başlanğıcındayıq və yeni İnformasiya Kommunikasiya Texnologiyalarının yaşayışımıza verəcəyi istiqamətin yönü və sonucundan xəbərsizik. Bu mövzu bir ordu
alim, psixoloq, jurnalist və politoloqların araşdırma mövzusudur. Görünən bircə odur ki, Devid Kirkpatrikin “Facebook effekti” kitabında dediyi kimi sosial şəbəkələr, “kapitalizmin fundamental yenilənməsi prosesinin mərkəzindədir”. “Googlekonomiks” anlayışı
nı tam mənimsəməmiş dünya iqtisadiyyatı indi sosial şəbəkə marketinqinin yaratdığı yeni imkanlarla “üz-üzədir”. Əgər Google klassik marketinq yanaşmasından yəni istehlakçının tələbatını öyrənərək ona müvafiq məhsul/xidmət barədə məlumat təqdim edirsə, Facebook kimi sosial şəbəkələr brendlərə istehlakçını bütünlüklə-bütün dostları, istəkləri, arzuları ilə birlikdə təqdim ed
ir. Bu inanılmaz imkanlardan hansı şəkildə yararlanmağın lazım olduğu mövzusu PR və marketinq mütəxəssislərinin qızğın müzakirə etdiyi mövzulardan biridir. Üzvü olduğum Beynəlxalq PR Assosiasiyasının növbəti sammitinin bütünlüklə yeni mediaya həsr olunması təklifləri belə dəyişməkdə olan gündəmin göstəricisidir.
Bəzi araşdırmaçılar iddia edir ki, sosial şəbəkələr email və MSN, İCQ, Skype kimi çatları da əvəz edəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı hamını narahat edən əsas məsələ şəbəkələrin həyat şəklimizə gətirdiyi dəyişikliklərin mahiyyətidir. Facebook-dakı kiçik müzakirədən anladım ki, heç də hamı bu dəyişikliklər mövzusunda mənim kimi optimist deyil. Əslində onların narahatlıqları daha əsaslı və arqumentləşdirilmiş hesab etmək olar. Şəbəkələr iqtisadi inkişafı stimullaşdırsa da gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Facebook dünyada 500 milyondan çox insanın boş vaxtının böyük bir hissəsini “mənimsəyib”. Bu siyahıya Rusiya, Çin, Yaponiya və digər ölkələrin yerli sosial şəbəkələrini daxil etsək rəqəmi iki dəfəyə qədər artırmaq olar. Bu artıq həyat ortamımızın, ünsiyyət formalarımızın dəyişməsinə gətirib çıxarır. Mən şəxsən bunun yaxşı və ya pis olması mövzusunda mövqeyimi müəyyənləşdirməmişəm.
Müəyyənləşdirdiyim isə odur ki, sosial şəbəkələr mənim həyatımı birmənalı şəkildə daha şəffaf edib. Elə bu yaxınlarda başıma gələn hadisə bunun bariz nümunəsidir: Kiyevdən qayıdandan sonra qərara gəldim ki, evdə dincəlim və heç bir zəngə cavab verməyim. Bir nəfər 6 dəfə durmadan zəng edəndən sonra cavab verdim və bildirdim ki, Bakıda deyiləm, sabah dönürəm və onda da zəngləşərik. Həmin insanın cavabı isə belə oldu: “Facebook-da yazmısınız ki, artıq Bakıdasınız”.
“The Wall Street Journal”-da yazılan bir məqalədə bildirilirdi ki, HR (İnsan Resursları) menecerlər işə düzəlmək istəyən namizədlərin Facebook profilini nəzərdən keçirir, onun hansı mövzularla maraqlandığını müəyyənləşdirəndən sonra qərar verməyə çalışır. Amerika və Avropada sosial şəbəkələrdəki profillərində açıqladıqları şəxsi fikir vəı mövqelərinə görə işdən çıxarılan yüzləlrə işçi var. Səbəb də odur ki, sosial şəbəkələr mahiyyət etibarilə artıq insanın şəxsi mövqeyini açıqladığı “məhdud sayda dostlarla ünsiyyət platformasından” daha böyükdür. Amma bu “böyüklüyün” sərhədləri, sosial şəbəkələrin inkişaf istiqamətləri, bizi aparacağı “dayanacaq”, həyatımıza gətirəcəyi yeniliklər hamı üçün sual olmaqda qalır... Yeni, daha şəffaf həyatımız mübarək :-).
Baxılıb: 9968
Şərhlər (1)