Sosial şəbəkələrdə yayımla

"Danone" özünün peçenye üzrə biznesini Amerika şirkətinə satmağa hazırlaşır

Fransanın yeyinti nəhəngi "Danone" özünün peçenye üzrə biznesini Amerikanın "Kraft Fuds" şirkətinə satmağa hazırlaşır. Sövdələşmənin dəyəri 5,3 milyard avrodur. Analitiklər hesab edir ki, Fransa şirkəti müəssisələrinnin faktiki qiyməti bundan xeyli azdır. "Kraft" şirkəti 3 il ərzində "Danone"nun Fransadakı müəssisələrini bağlamamağa söz versə də, mütəxəssislər bunu o qədər də inandırıcı saymırlar.

Amma "Danone"nun həmkarlar ittifaqları buna inanmır. Həmkarlar təşkilatlarında hesab edirlər ki, amerikalılar müəssisələri ələ Keçirəndən sonra kütləvi ixtisarlara başlayacaqlar. Bu yolla amerikalıllar istehsal xərclərini azaltmağa, şirkətin mənfəətlə işləməsini təmin etməyə çalışacaqlar.

Qeyd edək ki, hazırda şirkətin dünyanın 20 ölkəsindəki 36 fabriki var. Bu fabriklərdə 15 min işçi çalışır.

/ANS TV/

Baxılıb: 4832

Şərhlər